Icma.az
close
up
RU
Qarapapaqların və qaraqalpaqların etnik tarixinə müqayisəli tipoloji kontekstdə baxış

Qarapapaqların və qaraqalpaqların etnik tarixinə müqayisəli tipoloji kontekstdə baxış

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Nizami Tağısoy
professoru

Son onilliklərdə Azərbaycan, Cənubi Azərbaycan və Türkiyə alim və tədqiqatçıları ardıcıl olaraq qarapapaqların mənşəyi, tarixi, adət-ənənələri, folkloru, həyat tərzi, məskunlaşdıqları coğrafiya və s. bağlı araşdırmalar aparır, etnosun keçmişinə müxtəlif mövqelərdən yanaşmağa səy göstərirlər. Qarapapaqların tarixinə belə maraq, həm də Borçalıda “Qarapapaqlar” jurnalının nəşr olunması xüsusi impuls vermiş, proses bir qədər intensivləşməyə başlamışdır. Digər tərəfdən etnosun mənşəyi ilə bağlı xeyli məsələlər vardır ki, bunlar problemin əsaslı çozülməsini daha da aktuallaşdırır. Bu materialın ortaya çıxması məhz qeyd olunan problemin gündəmi xüsusi olaraq zəbt etməsi ilə bağlıdır.

Qarapapaqların etnogenetik tarixini dərindən izlədikdə müəyyən etdik ki, onlar bir qövm kimi özü-özlüyündə yox, digər qövmlərlə daha çox, xüsusilə qaraqalpaqlar, qarabörklülər, xəzərlər, qıpçaqlar, qazaxlar və digər tayfalarla geneoloji bağlılıqda olmuşlar. Bu materialda biz tanınmış alim və tədqiqatçıların araşdırmalarına və öz müşahidələrimizin nəticələrinə əsaslanaraq belə yanaşmanın nə qədər praqmatik olduğunu sübut etməyə çalışmışıq.

Materialı hazırlayarkən biz dünya alimlərinin problemlə bağlı mülahizələrini saf-çürük etmiş, bu və ya digər nəzər nöqtələrini çalın-çarpaz istiqamətlərdə bir-biri ilə müqayisəli-tipoloji kontekstdə fikirlərimizə yardımçı mənbə olaraq ortaya qoymuşuq. Odur ki, müqayisəli-tipoloji yanaşma metodu bizimçün praqmatik təhlil imkanı yaratmışdır ki, biz də bu metoda söykənib, konkret nəzəri-tarixi konsepsiyanın ortaya çıxmasına nail olmuşuq.

“Qarapapaqların etnik kimliyi” ilə bağlı problemi biz ardıcıl olaraq qazax və qaraqalpaq xalqlarının etnoqrafiyası, folkloru, keçmişi, ədəbiyyatı, etnos və epos problemlərini öyrənən dövrdən əsaslı araşdırmağa çalışmışıq. “Karakalpakskaya literatura”, “Xəzərlər”, “Qaraqalpaq ədəbiyyatı” və başqa bu kimi problemlərə baxış sərgiləyərkən qaraqalpaqların qarapapaq və qarabörklülərlə yetərincə oxşarlığını və eyniliyini müəyyən etmişik. Bu materialın ortaya çıxması adlarını qeyd etdiyimiz türk tayfalarının etnik kimliyinin daha əsaslı araşdırılmasını gündəmə gətirən ən mühüm amillərdəndir.

Həyatın elə tarixi dönəmləri olmuşdur ki, vaxtilə dünyaya meydan oxuyan hunlar, tkyu, peçeneq, xəzər, kuman, polovets və başqa bu kimi adlar altında yaşamış qədim etnoslar zaman keçdikcə az qala yer üzündən tamamilə silinmə təhlükəsi altında qalmışlar. Sonrakı dövrlərdə baş verən siyasi, hərbi, ideoloji, miqrasiya və mədəni proseslər zəminində az qala onlarla bağlı informasiyalar da tarixin arxivinə ötürülmüşdür. Nəticədə belə vəziyyət bu etnos və xalqların daha dürüst yaradılıcaq tarixi mənzərəsinə nəzərəçarpacaq kölgə salmışdır. Adlarını çəkdiklərimizin sırasına haqqında danışacağımız qarapapaq türklərini də aid etməyə ehtiyac vardır.

40 ildən artıqdır ki, biz türk xalqlarının etnik mədəniyyəti, etnogenezi, etnopsixologiyası, etnofəlsəfəsi, dünya baxışları, folkloru, eposu, epik və poetik təfəkkürü, mənəvi ənənələri, həyat tərzi, ədəbi-bədii dünyası və s. istiqamətlərdə ardıcıl araşdırmalar aparır, bu xalqların keçmişi və çağdaş durumu ilə bağlı təsəvvürlər və mülahizələr irəli sürürük. Bu tipli türk xalqlarından biri hazırda Özbəkistan Respublikası ərazisində daha kompakt yaşayan qaraqalpaqlardır. Biz onların tarixinə dərindən nüfuz edərkən qaraqalpaqların xeyli (etnik, dini, fəlsəfi, psixoloji, mənəvi və s.) keyfiyyət və xarakteri ilə bağlı çoxsaylı məqamların qarapapaq türklərində təzahürünü sezmişik. Eyni zamanda bildirək ki, əgər qaraqalpaqlar tarixə məlum olduqları dövrdən özlərinin etnik kimliyini və özünü hifzetmə instinktini qoruyub digər türk qövmləri arasında assimilyasiyaya məruz qalmamağı bacarmışlarsa, qarapapaqlarla belə hal baş verməmişdir.

Hələ 1980-ci illərin sonlarından biz qaraqalpaqlarla bağlı əsaslı tədqiqatlar aparmağa başladığımız dövrlərdə xalqın tarixi keçmişini kifayətqədər fundamental məxəzlərə söykənərək araşdırmağa cəhd edib, onların nağıl eposu, lirik nəğmələri, adət-ənənələri və dünyabaxışlarını öyrənərkən şüuraltı şəkildə qaraqalpaqlarla, qarapapaqlar, xəzərlər və qaqauzların tarixi arasında etnik tale oxşarlığı görmüşük. Qaraqalpaq tarixinin parlaq aynası hesab edilən L.S.Tolstovanın “Xarəzm oazisindən kənarda yaşayan qaraqalpaqlar XIX-XX əsrin əvvəlləri”; “Qaraqalpaq tarixi və etnoqrafiyası üzrə Xivə xanlarının arxiv sənədləri”; S.K.Kamalovun “Qaraqalpaqlar XVIII-XIX əsrlərdə”; M.K.Nürmühəmmədov, T.A.Jdanko, S.K.Kamalovun “Qaraqalpaqlar”; “XIX-XX əsrin əvvəllərində Qaraqalpakiyanın təsərrüfatı”; “Qaraqalpaq Muxtar Sovet Sosialist Respublikasının tarixi. II cilddə. Birinci cild”; “Qaraqalpaq sovet ədəbiyyatı tarixi”; “Qaraqalpaq АSSR-nin tarixi (qədim dövrlərdən bizim zamana qədər)”; K.M.Maksetovun “Qaraqalpaq eposu” və s. yanaşı, türkiyəli araşdırmaçı professor Salih Yılmazın nəşr etdirdiyi “XVI-XX yüzillərdə Qaraqalpaq türkləri tarixi və bunlardan başqa çoxsaylı tarixi, mədəni, etnik, etnoqrafik, ədəbi, bədii, elmi məxəzlərdən istifadə etdiyimiz vaxtlarda qarapapaqlarla qaraqalpaqlar arasında yaxınlığı hiss edir, görürdük.

IX əsrin sonlarından türklərin Sibir və Altay regionlarından Volqaboyu, Türküstan, Amudərya, Sırdərya çayları və Orta Asiya səhralarına, az sonra bu ərazilərdən Xəzərin, Qafqazın, Dərbəndin digər regionlarına kütləvi axınlarının başlaması da tarixi və coğrafi mənbələrdə yetərincə təqdim olunmuşdur.

Bizə belə gəlir ki, qarapapaqların tarixinə gəldikdə isə nədənsə bu qövmün keçmişinin sistemli və ardıcıl öyrənilməsində nəzərəçarpacaq varislik əlaqələri özünü indiyə qədər nə antropoloji, nə etnoloji, nə genetik, nə geneoloji, nə tarixi, nə də hər hansı digər müstəvilərdə ortaya qoyulmamışdır. Eyni zamanda bu da məlumdur ki, tarixi inkişaf dövründə etnosun, xalqın keçmişi ilə onun indisi və gələcəyi arasında məntiqə söykənən hər hansı həlqə qırıldıqdan sonra bərpa edilmirsə, bu zaman xalqla bağlı söylənilən mülahizələr inandırıcılıqdan və konseptuallıqdan uzaq olur. Biz bunu da bilirik ki, qarapapaqların keçmişi ilə indisi arasında geneoloji əlaqələrin göstərilməsində bugünkü Gürcüstan, keçmiş Gəncəbasar, Qərbi Azərbaycan, Cənubi Azərbaycan və Türkiyə Respublikasının Cənub-Şərq bölgələrini əhatə edən coğrafiyalarda yaşayan qarapapaqların tarixi taleyinə doğru-dürüst işıq salmağa böyük ehtiyac vardır. Burada onu da vurğulayaq ki, indiyə qədər mövcud yanaşmalarda əsasən bir sıra adət-ənənə, xalqın deyim xüsusiyyətləri, qarapapaqların Rus imperiyasına qarşı mücadiləsi və s. kimi məsələlər əksər hallarda bir mənbədən o biri mənbələrə ötürülür və onlar əsasən heç bir halda daha dərinləşdirilmiş şəkildə qarapapaqlarla bağlı bilgilərimizi zənginləşdirmir. Məhz bu üzdən də qarapapaqların keçmişinə bir qədər obyektiv və tarixi məxəz və materialların köməyi ilə zond salmağa ehtiyac duyulur. Qeyd edək ki, türk xalqlarının etnogenetik bağları müəyyənləşdirilərkən türk qövmləri arasında olan müxtəlif tipli əlaqələrin yerini və rolunu bilmədən heç bir halda konseptual elmi mülahizələr ortaya çıxarmaq da mümkün olmur. Türk xalqlarının əslində dünyanın çeşidli coğrafiyalarında yerləşməsi və bu yerləşmənin səbəbləri dürüst müəyyənləşdirilmədən hər hansı bir fundamental bilgi əldə etmək də tarixilik baxımından mükəmməl olmur. Belə bir qənaətdəyik ki, türk etnoslarının ana vətəni olan Altaydan başlanğıcını götürən yol türk tarixinin və türk sivilizasiyasının araya-ərsəyə gəldiyi regiondur. Bundan başqa bu faktı inandırıcı şəkildə təkzib edən fundamental əsərlər də mövcud deyildir. Geniş Avrasiya materiki məkanında Hind-Avropa, türk-monqol, fin-uqor, tunqus-mancur və digər etnosların qarşılıqlı ünsiyyəti mövcud olan bu regionda skiflər və saklar, əfsanəvi hunlar və sarmatlar yaşamış, qədim türklər özlərinin möhtəşəm Türk xaqanlığı adlı dövlətini qurmuşlar. Başqa sözlə desək, Altay sivilizasiyası dünyanın bir-birinə qaynayıb-qarışdığı region kimi məşhurdur.

(ardı var)

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

Facebook WhatsApp Telegram Twitter Share

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 Dekabr 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri