Icma.az
close
up
RU
Qardaş bayramına sevindiyimiz gün

Qardaş bayramına sevindiyimiz gün

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Türkiyə Cümhuriyyətinin elan olunmasından 102 il keçir 

Cümhuriyyət müstəqillik qalası, Anadolu türkünün ədalət dünyasıdır

Bu gün qardaş bayramına sevindiyimiz gündür. Türkiyə Böyük Millət Məclisi 1923-cü il oktyabrın 29-da qəbul etdiyi tarixi qərarla yeni bir dövlətin – Türkiyə Cümhuriyyətinin qurulduğu dünyaya bəyan etdi. İkinci qərar bundan heç də az əhəmiyətli deyildi: Qazi Mustafa Kamal Türkiyə Cümhuriyyətinin ilk başkanı, yəni prezidenti seçildi. Atatürk qurucusu olduğu Cümhuriyyətin onuncu ildönümü şənliyindəki məşhur nitqində bu günü türk xalqının ən əziz, ən böyük milli bayramı olaraq dəyərləndirmişdi. 

Osmanlı dövləti 4 il sürən Birinci Dünya savaşında dünyanın müttəfiq gücləri tərəfindən tamamilə işğal edilmiş və bu acı məğlubiyyət Sevr müqaviləsi ilə rəsmiləşdirilmişdi. Taleyin hökmünə diqqət edin: Sultan hökuməti Mustafa Kamala ölüm cəzası kəsmişdi, o isə cəzadan qaçıb özünü milləti uğrunda ölümün qucağına atmışdı. 1919-cu il mayın 19-da bir neçə zabit dostu ilə kiçik bir gəmidə Samsuna gələn Mustafa Kamal görüşdüyü insanlara təmkin və qətiyyətlə belə demişdi: “Gəldikləri kimi də gedəcəklər. Tək bir azadlıq var, o da milli suverenlikdir. Ölkəmizi yenə ulusun öz gücü qurtaracaqdır”.

Çanaqqala səddi! Məhz bu döyüşdə göstərilən müqavimətin ardınca Qazi Mustafa Kamal 1919-cu il mayın 19-da Samsuna çıxdı və milli mübarizəyə başladı. Düşmənlərə qarşı milli şüurun, döyüş əzminin yüksəldilməsi Ərzurum və Sivas konqresləri ilə gücləndirildi. Vətənin bütövlüyü və istiqlalı ilə bağlı tarixi qərarlar qəbul edildi: müharibə hələ davam edərkən Böyük Millət Məclisi açıldı, müharibənin komandanlıq qərargahı qəbul edildi.

Qazi Mustafa Kamalın komandanlığı ilə başlayan qurtuluş savaşı 1922-ci il avqustun 30-da türk millətinin qələbəsi ilə başa çatdı. Türkiyəni parçalamağa hazırlaşan müttəfiq ölkələr onlarla ölüm-dirim savaşına qalxan qəhrəmanların qarşısında aciz qaldılar. 1923-cü il iyulun 24-də Türkiyə Böyük Millət Məclisi təmsilçiləri ilə Qərb dövlətlərinin rəsmiləri arasında “Lozanna müqaviləsi” imzalandı. Türk millətinə təhqir olan “Sevr müqaviləsi” qüvvədən düşdü. Bəli, Cümhuriyyətə gedən yol xalqın öz gücünə inamı və türk əsgərinin şücaəti ilə atılan addımlarla açıldı. Hilallı-ulduzlu qırmızı bayraq şəhidlərin qanı ilə daha da müqəddəsləşdi. Anıtqəbri ziyarət edənlər 102 il əvvəl qazanılan o zəfərin möhtəşəmliyini daha yaxından duyur və yaşayırlar.

Böyük Atatürkün dediyi gerçəyə çevrildi. 1922-ci ildə səltənətin süqutundan sonra Türkiyə dövlətinin siyasi quruluşunun son təsbiti 1923-cü ilin oktyabrında Cümhuriyyətin elanı ilə tamamlandı. Bundan sonra ilk Türkiyə Cümhuriyyətinin ilk Prezident seçilən Mustafa Kamal Paşa Osmanlı İmperiyasından yeni siyasi rejimə faktiki keçidini şərtləndirən genişmiqyaslı islahatlara başladı. 1925-ci ildən etibarən böyük coşqu ilə keçirilən Cümhuriyyət bayramı Türkiyənin hər yerində, eləcə də Şimali Kipr Türk Respublikasında (KKTC) və dünyanın bütün ölkələrindəki Türkiyə səfirliklərində qeyd edilir. Bu gün Ulu Atatürkün qurucusu olduğu Cümhuriyətin 102 yaşı Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə də qürurla qeyd olunur. 

* * *

Azərbaycan Demokratik Respublikasının yaranmasından 5 il 5 ay sonra qurulmuş Türkiyə Cümhuriyyəti xalqın xilaskarı Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə islahatlar mərhələsinə qədəm qoydu. İnkişaf təşəbbüsləri, modernləşmə hərəkatları Türkiyənin yüksəlməsinə şərait yaratdı. Əlifba inqilabı, milli məktəblərin açılması, ölkə miqyasında savadlılığın və təhsil səviyyəsinin artması, iqtisadi irəliləyişlər, sənayeləşmə addımları, Türk Mülki Məcəlləsinin qəbulu, qadınlara verilən sosial, siyasi və digər hüquqlar, yeni Konstitusiyanın qəbulu və bir çox başqa yeniliklər müasirləşməyə böyük töhfələr verdi.

Böyük Atatürkün bütün Türk dünyası üçün ən qiymətli mirası olan Cümhuriyyəti onun uğrunda verilən fədakarlıqları unutmadan gələcəyə daşımaq hər bir türk övladının müqəddəs borcudur. Cümhuriyyətin təməlini türk övladının müstəqilliyə inamı, mübarizə əzmi və tarixinə sayğısı təşkil edir. Cümhuriyyət heç vaxt müzakirə mövzusu ola bilməz! Türkiyə Cümhuriyyətinin daha da güclənəcəyinə heç kəsin şübhəsi olmasın. Bu yolda Türk Dövlətləri Təşkilatı kimi ailədə təmsil olunanlar heç vaxt güzəştə getməyəcək. Bunu da tam əminlikə deyə bilərik ki, Türkiyə Cümhuriyyətinin təməl prinsipləri bütün Türk dünyasının kollektiv zəkası, birliyi və idealıdır.

Qardaş Türkiyə Cümhuriyyətinin 102-ci ildönümündə onunla eyni sırada çiyin-çiyinə addımlyan can Azərbaycan var. Qoşa dalğalanan hilallı-ulduzlu bayraqların altında qürurlu duruşu ilə seçilən Azərbaycan türkü var. Bu qardaşlar üçün Cümhuriyyət müstəqilliyin qapısı, haqqa və ədalətə söykənən dürüst, şərəfli həyat tərzidir. 

Türkiyə Cümhuriyyətinin 102-ci ildönümünü böyük qürur hissi ilə qeyd edərkən bizə azad və müstəqil yaşaya biləcəyimiz Vətən qoyub getmiş şəhidlərimizi, cümhuriyyətlərimizin təməlini qoymuş aydınlarımızın da xatirəsini dərin ehtiramla yad edirik. Cümhuriyyət Türk millətinin qəlbində alovlanan əbədi məşəl, bir millətin iki dövlətinin bayraqlarındakı hilalın içində parlayan beş və səkkizguşəli ulduzlardır!

Bu gün qardaş Türkiyə Cümhuriyyəti beynəlxalq siyasət səhnəsinin əks qütblərinin ortasında dayanan, ziddiyyət və əksliklərin baş-başa gəldiyi qlobal dünyada məğrurluğunu qoruyub saxlamağı, böyük güclərin planladığı siyasi-hərbi ssenarilərdən baş çıxarmağı bacaran, çağdaş diplomatiyaya ədalət, siyasi əxlaq nümunəsini gətirən və bununla söz sahibinə çevrilən qüdrətli bir dövlətdir.

Hazırda Anıtqəbirdə böyük izdiham yaşanır. Türkiyə xalqı Atatürk mavzoleyini ziyarət edərək böyük övladının əziz xatirəsini dərin ehtiramla yad edir, ruhuna dualar oxuyur. 

ARAYIŞ: Ərazisi 783 min 562,4 kvadratkilometr olan Türkiyənin 3 faizi Avropa, 97 faizi Asiya qitəsindədir. Ölkə 7 coğrafi ərazi və 81 vilayətdən ibarətdir. 2025-ci il iyulun 1-nə olan rəsmi məlumata görə, ölkə əhalisinin sayı 85 milyon 824 min 854 nəfərdir. Paytaxtı Ankara şəhəridir. Türkiyənin rəsmi dili türk dilidir. Ölkə şərqdən İran, Azərbaycan, Gürcüstan və Ermənistan, cənubdan Suriya və İraq, qərbdən Yunanıstan və Bolqarıstanla həmsərhəddir. 

İ.HƏSƏNQALA
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Oktyabr 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see542

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see489

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see456

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see372

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see370

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see341

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see243

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see239

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see231

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see211

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see207

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see204

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see204

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see190

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see186

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see186

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see183

Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində 11 mülki şəxs yaralanıb

07 Avqust 2026 02:56see173

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see166

Səmanın yerə endiyi şəhər... Fotolar

08 Avqust 2026 04:45see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri