Icma.az
close
up
RU
Qardaş ölkə hava məkanını bağladı Müharibə rəsmən başlayır?

Qardaş ölkə hava məkanını bağladı Müharibə rəsmən başlayır?

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Pakistan və Əfqanıstan arasında gərginlik yeni mərhələyə qədəm qoyub. Oktyabrın 27-də iki ölkə arasında keçirilən danışıqlardan nəticə əldə olunmaması bölgədə müharibə ehtimallarını daha da artırıb. İstanbulda baş tutan uğursuz diplomatik cəhdlərin ardından Pakistanın hava məkanını bağlaması və yeni raket sınağı keçirməsi vəziyyəti kəskinləşdirib. Pakistanın hava məkanını bağlaması və yeni raket sınağı bölgədə müharibə ehtimalını nə dərəcədə artırır? Əgər toqquşmalar genişlənərsə, bu münaqişənin regional və beynəlxalq miqyasda hansı nəticələri ola bilər? Çin, İran və ABŞ kimi güclərin bu prosesə reaksiyası nə ola bilər? Onların maraqları bu gərginlikdən necə təsirlənə bilər?

Moderator.az-a danışan politoloq Natiq Miri deyib ki, Pakistanın hava məkanını bağlaması və raket sınaqları keçirməsi  qabaqlayıcı tədbirlərdir:

“Çünki hava məkanının bağlanması artıq imkan verir ki, istənilən obyektlər dərhal vurulacaq. Raketlər sınağının keçirilməsi hər zaman potensial müharibəyə hazırlıq xarakteri daşıyır. Bu həm də güc nümayiş edir ki, hər hansı bir potensial qarşıdurma olduğu təqdirdə dərhal bütün hərbi strateji obyektlər məhv ediləcək. Yəni bu, həm də xəbərdarlıq mesajıdır. 

Bu gün dünya elə bir vəziyyətdədir ki, bu toqquşmaların miqyasının genişlənməsinə imkan veriləcəyi ehtimalı o qədər də böyük deyil. Çünki Türkiyə, Amerika Birləşmiş Ştatları, o cümlədən bəzi ərəb ölkələri vasitəçilik missiyasını həyata keçirirlər. Təbii ki, bu məsələdə maraqlı olan tərəflər də var. Hindistan Pakistanın belə bir münaqişələrdə olması və zəifləməsini istəyən dövlətlərdəndir. Çin amili  də var ki, Pakistanla strateji tərəfdaş, müttəfiq olan ölkədir. Bu baxımdan bu müharibənin uzunmüddətli olması o qədər də ağlabatan görsənmir. Üstəlik, Əfqanıstanın hərbi imkanları Pakistanla müqayisə olunmayacaq dərəcədə zəifdir. Bu baxımdan böyük müharibə baş verdiyi təqdirdə qısa müddətdə Əfqanıstanın bütün hərbi imkanlarının məhv edilmə ehtimalı böyükdür, bunu Əfqanıstanda da anlayırlar. Ən azından qısamüddətli toqquşmalarda Pakistan bir daha bunu açıq şəkildə göstərmiş oldu. Sadəcə, sərhədlərin müəyyənləşməsi və tanınması məsələlərində problemlər var ki, bu da bir əsr qabaq ingilis hiyləsi ilə suni şəkildə yaradılıb ki, bir tərəfdə Pakistan- Hindistan bu məsələlərlə bağlı hər zaman münaqişə vəziyyətindədirlər, bir tərəfdə  də Pakistan- Əfqanıstan arasında ərazi mübahisələri davam edir. İnsanlar bununla bağlı hələ də bir - birini öldürməyə davam edirlər. Pakistanın açıq şəkildə tələb etdiyi məsələlərdən biri də Əfqanıstan rəhbərliyinin terrorçu qruplara hamilik etməsi məsələsini dayandırmasıdır. Çünki hələ də Pakistan sərhəd məntəqələrinə bu terrorçu qruplaşmalar hücum edirlər ki, bu da böyük eskalasiyaya gətirib çıxardır. Hələlik bununla bağlı  Əfqanıstan üzərinə hər hansı bir öhdəlik götürmür”.

Politoloq qeyd edib ki,  hər bir halda Əfqanıstan bu danışıqlarda üstün tərəf kimi çıxış etmir. 

“Baxmayaraq ki, bu məsələdə müəyyən mənada “cığallıq” və “tərslik” edirlər, ancaq seçim imkanları o qədər böyük deyil və müharibənin başlama və uzunmüddətli olmalı imkanları da çox deyil, çünki buna imkan verməyəcəklər. İmkan olduğu təqdirdə acınacaqlı iqtisadi vəziyyətində olan  Əfqanıstanın bu müharibəni udmaq imkanı sıfıra bərabərdir. Hər bir halda müəyyən dil tapılacaq, anlaşma əldə olunacaq. Ola bilsin ki, bu prosesə əngəl olan amillər də mövcuddur. Çünki Pakistanın başının qarışmasını istəyən qüvvələr də var. ABŞ, Çin, Türkiyə, Körfəz ölkələri də bu müharibənin dərhal dayandırılmasını istəyirlər. Ona görə də mən bu böyük bir müharibənin başlamasını gözləmirəm. İndiki vəziyyətdə bu nə Çin dövlətinin, ABŞ -ın, Türkiyənin maraqlarına uyğun deyil. Çünki Çinin də özünün Əfqanıstanda ciddi iqtisadi maraqları var. Faydalı qazıntıların istismarı məsələsinə milyardlarla investisiyalar qoyulub. Bu baxımdan belə bir müharibənin uzunmüddətli olmasına imkan verilməyəcək”,- deyə Natiq Miri qeyd edib.

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Oktyabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri