“Qardaş ölkələrin öz maraqları var və bunlara hörmət edilməlidir” Qafar Çaxmaqlı
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
“Türkiyə-Azərbaycan qardaşlığı əbədidir və belə məsələlər heç vaxt bu münasibətlərin korlanmasına və ya başqa istiqamətə yönəlməsinə səbəb ola bilməz. Türkiyə və Azərbaycan qardaş ölkələrdir. Təbii ki, bu ölkələrin öz maraqları var və hər bir tərəf bu maraqlara hörmət etməlidir”.
Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Qafar Çaxmaqlı bildirdi.
O, hesab edir ki, Türkiyə-Azərbaycan münasibətlərinin daha da yaxşılaşdırılması üçün ciddi adamların, ciddi insanların müdaxiləsi lazımdır:
"Mən belə insanların fəaliyyətini görürəm. Həm Türkiyə, həm də Azərbaycan tərəfdən ağıllı insanlar bu dostluğun və qardaşlığın əbədi olması üçün hansı addımların atılmalı olduğunu açıq şəkildə göstərirlər.
Bu məsələnin gündəmdə saxlanmasının tərəfdarı deyiləm. Ola bilsin ki, xırda narazılıqlar, incikliklər və küskünlüklər olsun. Lakin bunlar bizim qardaşlığımıza, Türkiyə-Azərbaycan münasibətlərinə təsir etməməlidir”.
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 15 Oktyabr 2026 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















