Icma.az
close
up
RU
“Qardaşlarımı tək qoymamalıydım” qazi Famil Nəsirovun qəhrəmanlıq yolu

“Qardaşlarımı tək qoymamalıydım” qazi Famil Nəsirovun qəhrəmanlıq yolu

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Göyçay, 2 oktyabr, Rəşad Türkoğlu, AZƏRTAC

44 günlük Vətən müharibəsi başlayanda peşəsindən, ixtisasından, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq hər kəs dəmir yumruq tək birləşmişdi. Ölkəmizin hər guşəsindən minlərlə igid Vətənin müdafiəsinə qalxmışdı. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həmin oğullardan biri də Göyçayın Hacalıkənd kənd sakini Famil Nəsirov idi.

Famil Nəsirov 1991-ci ildə Hacalıkənd kəndində dünyaya göz açıb. 2009-cu ildə hərbi xidmətə yollanıb, xidmətini uğurla başa vuraraq evə qayıdıb. Deyir ki, Tovuz döyüşlərində general Polad Həşimovun şəhid olması xəbəri ona pis təsir etmişdi: “O günləri heç vaxt unutmaram. Şəhid xəbərini eşidəndə sakit qala bilmədim. 2020-ci il sentyabrın 21-də könüllü olaraq hərbi təlimə qatıldım. Hər an hiss edirdik ki, böyük gün yaxınlaşır...”

2020-ci il sentyabrın 27-si səhər saatlarında erməni bölmələrinin cəbhəboyu təxribata başlaması ilə vəziyyət gərginləşdi. Tezliklə əks-hücum əmri gəldi və Famil döyüşə qatıldı. İlk istiqamət Ağdam oldu - düşmənin ən möhkəm istehkam qurduğu mövqelərdən biri.

“Ağdam səngərləri… Sözlə ifadə etmək mümkün deyil. Hər tərəfdə partlayış baş verir, ətraf tüstü ilə dolmuşdu. Amma geri çəkilmədik. Hədəfləri məhv etdik, düşmənin texnika və canlı qüvvəsini sıradan çıxardıq. İlk günlərdən şəhidlərimiz oldu. Hər şəhid xəbərini eşidəndə ürəyim parçalansa da, qisas hissi ilə daha əzmlə döyüşə qatılırdıq”, - deyə o əlavə edir.

Döyüşlər zamanı yanındakı əsgərlərin bir-birinə dəstəyi, birlik ruhu onu ruhlandırırdı. “Səngərdə gecələyirdik, soyuq, küləkli hava, bəzən yağış… Amma bir-birimizə baxışlarımız yetirdi ki, qorxunu unudasan və ancaq irəlini düşünəsən,” - deyən Famil o günlərdən danışarkən bildirir ki, ordumuzun ən yeni texnologiyaya malik silahları onlara əlavə güc verirdi: “Ali Baş Komandanımızın uzaqgörən siyasəti nəticəsində ordumuz müasir silahlarla təmin olunmuşdu. Hər cəhətdən üstünlük bizdə idi. Bütün varlığımızla döyüşürdük, amma əlində güclü silah olmayanda istəyini gerçəkləşdirə bilməzsən”.

Famil oktyabrın 24-də şiddətli döyüşlərin birində ağır yaralanıb. Deyir ki, həmin an sanki həyat bir anlıq dayanmışdı. Ancaq dörd tərəfdən partlayış, güllə səsləri eşidilirdi. “Qulaqlarım tutuldu, bədənimdə güclü ağrı hiss etdim. Ətrafımda yoldaşlarımın səsləri gəlsə də, ayağa qalxa bilmirdim. Sonra məni hospitala təxliyə etdilər. Amma ürəyim ön xətdə, döyüş yoldaşlarımın yanında qalmışdı. Noyabrın 7-də yenidən onların yanına qayıtdım, sanki ikinci dəfə doğulmuşdum”, - söyləyən bu qəhrəman, “Qardaşlarımı tək qoymamalıydım. Onların qanı boşa getməməliydi,” - deyə əlavə edir.

Noyabrın 9-dan 10-na keçən gecə Qələbə xəbərini eşidəndə isə onların sevinci yerə-göyə sığmırdı. Bildirir ki, o hissləri sözlə ifadə etmək mümkün deyil. Bu Zəfər şəhidlərin qanı bahasına qazanıldı, torpaqlarımız azad olundu.

Familin atası İntiqam kişi söhbətə qoşulur. O, həm qürurlanır, həm də kövrəlir: “Vətənpərvərlik, torpaq sevgisi ailədən gəlir. Mənim anamın babası Çanaqqala döyüşlərində şəhid olub. İkinci Dünya müharibəsində babam və əmilərim, birinci Qarabağ müharibəsində mən və 44 günlük Vətən müharibəsində oğlum döyüşüb. Şükürlər olsun ki, bundan sonra nəvələrim sülh içində yaşayacaqlar.”

Qəhrəman atası o günləri həm fəxrlə, həm də həyəcanla xatırlayır. “Oğlum müharibəyə yollananda mən Türkiyədə idim. Xəbəri eşidəndə dərhal geri qayıtdım, komissarlığa getdim ki, məni də döyüşlərə aparsınlar. Amma dedilər ki, yaşın çoxdur, oğlun döyüşdədir, sən nəvələrini saxla və qələbəmiz üçün dua et. Oğlumun yaralandığını eşidəndə təlaşlansam da, çox şükür, evə Qələbə xəbəri ilə döndü. Mən şəhidlərimizlə, qazilərimizlə və müharibə iştirakçıları ilə qürur duyuram”, - deyə o bildirir.

Qazi Famil Nəsirov ailəlidir, iki övladı var. Hazırda kənd məktəbində texniki işçi kimi çalışır, fərdi təsərrüfatla məşğuldur. Müharibədə göstərdiyi xidmətlərə görə medallarla təltif olunub.

“Bu müharibə bizə öyrətdi ki, Vətən sevgisi, birlik və fədakarlıq hər çətinlikdən çıxmağa kifayətdir. Şəhidlərimizin ruhu daim bizimlədir”, - deyən Famil döyüşlərdə şəhidlik zirvəsinə yüksələn yoldaşlarının xatirəsinin xalqımız tərəfindən daim əziz tutulacağını vurğulayır. Çünki bu Zəfər onların Zəfəridir!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Oktyabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see203

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see141

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see134

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri