Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Qaregin Qarabağ həqiqətlərini qəbul etmir

Qaregin Qarabağ həqiqətlərini qəbul etmir

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Katolikos dünya kilsələrini köməyə çağırmaqla ölkəmizə qarşı dini cəbhə açmaq istəyir

Erməni Apostol Kilsəsinin keçmiş Ermənistan–Azərbaycan münaqişəsinin başlanmasında, iki xalq arasında milli zəmində ədavət, düşmənçilik salınmasında mühüm rol oynadığı heç kimdə şübhə doğurmayan tarixi reallıqdır. Kilsə daim erməni xalqını müsəlmanlarla, əsasən azərbaycanlılar və türklərlə qarşıdurmaya sövq edib. Erməni din xadimlərinin fəaliyyəti din adına ləkə olmaqla daim məkrli siyasi məqsədlərə xidmət edib.

Onların bu fəaliyyətləri daha əvvələ gedib çıxır. Hələ XIX əsrin sonlarından başlayaraq kilsə tribunasından verilən bəyanatlar, keşişlərin yaydıqları nifrət dolu fikirlər ermənilərin radikal millətçi dairələrinə azərbaycanlılara hücumlar üçün ideoloji zəmin hazırlayıb. XX əsrin əvvəllərində baş verən kütləvi iğtişaşlar, silahlı toqquşmalar, həmçinin sovet dövründə millətçi qrupların gizli şəkildə dəstəklənməsi bu fəaliyyətin davamıdır.

Kilsənin və keşişlərin bu fəaliyyətinin erməni xalqını bəlalara düçar etməsinə baxmayaraq, onlar yenə də öz əməllərindən qalmırlar. Erməni Apostol Kilsəsi bu gün Ermənistanda hökumətin sülh gündəminə dəstək vermək, öz ölkələrində və bütövlükdə, bölgədə sülh və sabitliyin bərqərar olmasına töhfə vermək əvəzinə radikal revanşist kəsimlə eyni sırada dayanır. Bütün ermənilərin partiarxı, katolikos II Qaregin Birinci və İkinci Qarabağ müharibələri zamanı işğalçı ordunun əsgərlərinə verdiyi xeyir-duanı bu gün revanşistlərə verməkdədir. Onun fəaliyyətinin digər istiqaməti Azərbaycanı ləkələməyə çalışmaqdan, qara yaxmaqdan ibarətdir. Katolikos dünyanın harasına gedirsə, kiminlə görüşürsə, yaxud Ermənistanda kimi qəbul edirsə, hansı yerli və beynəlxalq tədbirdə çıxış edirsə, orada Azərbaycanın ünvanına böhtanlar yağdırır. Onun bugünlərdə Eçmiədzindəki kilsə iqamətgahında I Nikey Kilsə Məclisinin 1700 illiyinə həsr olunmuş beynəlxalq konfransdakı çıxışı da bu baxımdan istisnalıq təşkil etməyib.

Məlumat üçün bildirək ki, I Nikeya Kilsə Məclisi eramızın 325-ci ilində Roma imperatoru I Konstantin tərəfindən çağırılan yığıncaqdır. Yığıncaq Nikeya şəhərində (hazırda Türkiyənin Bursa vilayətinin İznik şəhəri–S.H.) keçirilib və xristianlıq tarixində ilk kilsə məclisi olub. Həmin yığıncaqda xristianlıq imperator Konstantinin rəhbərliyi ilə dövlət dini kimi qəbul edilib.

Həmin hadisənin 1700-cü ildönümünə həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı II Qaregin iddia edib ki, guya, bu gün “Dağlıq Qarabağda” erməni mədəni- dini irsi (?), abidələr, çoxəsrlik ziyarətgahlar dağıdılır. Dünyanın müxtəlif yerlərindən olan xristian konfessiyalarının nümayəndələrinin iştirak etdikləri konfransda II Qaregin digər iddiası “Azərbaycanın Qarabağa təcavüz etməsi, bunun ağır nəticələrinin hələ də hiss olunması” ilə bağlı olub. O, əvvəlki ritorikasına sadiq qalaraq bölgədə “etnik təmizləmə” (?) həyata keçirildiyini, bunun nəticəsində “100 mindən çox şəxsin doğma evlərindən məhrum olduğunu” bildirib. Bundan başqa, o diqqəti separatçı qlavarların həbsinə yönəldib. Deyib ki, “Qarabağ liderləri və digər əsirlər” hələ də Bakı həbsxanalarındadır.

Katolikos belə acınacaqlı mənzərə fonunda bütün dünyada kilsələrin konsolidasiyasının və əməkdaşlığının imperativə çevrildiyini vurğulayıb. O, dünyadakı kilsələri bugünkü təhdidlər və çağırışlar fonunda (?) səylərini birləşdirməyə çağırıb. Deyib ki, kilsələr arasında birlik və səmərəli qarşılıqlı fəaliyyətlə “yeni faciələrin” qarşısını almaq olar.

***

Qeyd etmək lazımdır ki, bütün ermənilərin katolikosu son illərdəki çıxışları ilə dini rəhbərdən daha çox ekstremist siyasətçilərə bənzəyir. Onun istər Qarabağ məsələsində, istərsə də Azərbaycanın beynəlxalq imicinə qarşı apardığı təbliğat açıq şəkildə göstərir ki, Eçmiədzin çoxdan dini mərkəz olmaqdan çıxaraq revanşizm ocağına çevrilib. Tarixən insanları mənəvi dəyərlərə, ədalət və sülhə səsləməli olan kilsə bu gün II Qareginin timsalında bunun əksini nümayiş etdirir.

Katolikosun sözügedən beynəlxalq konfransda səsləndirdiyi fikirlər də eyni xəttin davamıdır. O, Azərbaycanın ünvanına müxtəlif uydurmalar səsləndirərək sanki dini zəmində yeni ittifaqlar formalaşdırmaq istəyir. Guya, Qarabağda erməni abidələri dağıdılır, guya, Azərbaycan “etnik təmizləmə” aparıb, guya, hansısa “liderlər” əsir saxlanılır. Halbuki bu iddiaların heç biri reallığa söykənmir. Azərbaycanın Qarabağda apardığı bərpa və yenidənqurma işləri bütün dünyanın gözü qarşısındadır. Yüzlərlə yeni yaşayış məntəqəsi salınır, dağıdılmış məscidlər bərpa edilir, eyni zamanda, yeniləri inşa olunur. Həmçinin Şuşadakı kilsə də qorunur. Bu həqiqətləri gizlətməyə çalışan II Qaregin tarixi faktlardan çox siyasi sifarişlərlə danışır. Maraqlıdır ki, katolikos öz çıxışında Qarabağın separatçı başçılarını “liderlər” adlandıraraq onların saxlanılmasını “əsirlik” kimi qələmə verir. Bu, dini rəhbərin üslubu deyil, açıq siyasi çağırışdır. II Qaregin Ermənistanda revanşist dairələrin sözlərini sanki kilsə tribunası vasitəsilə dünya ictimaiyyətinə ötürür. Beləliklə, kilsənin missiyası ilə siyasətin bir-birinə qarışdırılması açıq görünür. Əslində isə bu, həm də erməni xalqı üçün təhlükəlidir. Çünki Qareginin mövqeyi onları reallıqdan uzaqlaşdırır, regionda yaranmış yeni tarixi şəraiti qəbul etmələrinə mane olur.

Tarixə nəzər saldıqda görürük ki, erməni kilsəsi dəfələrlə bu cür siyasət yürüdüb. Girişdə qeyd etdiyimiz kimi, hələ XIX əsrdə çar Rusiyası ilə əməkdaşlıq edən kilsə Qafqazda etnik qarşıdurmaların dərinləşməsində fəal rol oynayıb. XX əsrdə də eyni addımlar təkrarlanıb. İndi isə II Qaregin həmin ənənəni davam etdirərək Ermənistanın məğlubiyyətini etiraf etmək əvəzinə, kilsə kürsüsündən bəhanələr uydurur. Amma dünyada heç kim 30 ilə yaxın Azərbaycanın torpaqlarının işğal altında saxlanıldığı, yüz minlərlə azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi reallığı unutmayıb. Qareginin yalanları bu həqiqətlərin qarşısında duruş gətirə bilməz. Əksinə, onun mövqeyi kilsənin olan-qalan nüfuzunu zədələyir, dini liderlərin sülhə töhfə vermək imkanlarını məhv edir. Hər bir kilsə rəhbəri barış, qarşılıqlı hörmət, qonşuluq münasibətləri haqda danışmalı olduğu halda, II Qaregin düşmənçilik toxumu səpir.

Nəticə etibarilə II Qareginin fəaliyyəti həm Ermənistanın gələcəyinə, həm də erməni xalqının özünə zərbə vurur. Azərbaycan isə işğaldan azad edilmiş ərazilərdə bərpa işləri aparır, regionda dayanıqlı sülh üçün diplomatik təşəbbüslər irəli sürür. Katolikosun bütün cəhdlərinə baxmayaraq, bu reallığı dəyişmək mümkün deyil. Tarix də sübut edib ki, xəyallara söykənən siyasət heç vaxt uğur gətirə bilməz.

Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz politoloq İlyas Hüseynov bildirdi ki, iki ölkə arasında münaqişə dövründə Erməni Apostol Kilsəsi hər zaman qızışdırıcı mövqedən çıxış edib. Onun sözlərinə görə, kilsə indi də köhnə düşüncə və təfəkkürlə hərəkət edir: “Kilsə bu gün də Cənubi Qafqazda yeni müharibə axtarışındadır. II Qareginin çıxışı və mövqeyi onu deməyə əsas verir ki, o, anti-sülh səylərini artırır, təhlükəsizlik, sabitlik əleyhinə fikirlərini daha da dərinləşdirir. Onun çıxışında bir sıra qəbuledilməz fikirlər var. Birincisi, Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Eyni zamanda, Qarabağ ermənilərinin hüquqlarının pozulması, eləcə də azad edilmiş ərazilərdə xristian irsinin dağıdılması kimi fikirlər tamamilə absurddur və həqiqətdən uzaqdır. Xüsusilə, vurğulamaq istərdim ki, II Qaregin bu cür yanaşmaları ilə erməni xalqını uçuruma aparır. Elə buna görə də Ermənistanın Baş naziri Nikol Paşinyan ona qarşı siyasi müqavimət formalaşdırır. O, çox yaxşı başa düşür ki, katolikos və onun ətrafındakı şəxslər yeni müharibə axtarışındadırlar və qondarma “Artsax” fikrini Ermənistanın daxili auditoriyasına, siyasi düşüncəsinə daşımağa çalışırlar. Hesab edirəm ki, Ermənistanda “Dağlıq Qarabağ”, yaxud “Artsax”la bağlı daha sərt qanunvericilik tədbirləri həyata keçirilməlidir. “Artsax” sözünün işlədilməsinə görə cinayət təqibi həyata keçirilməlidir ki, özünü din xadimi adlandıranlar, revanşist qüvvələr, yenidən Azərbaycanla müharibə etmək istəyən şəxslər məsuliyyətə cəlb edilsinlər”.

Politoloq hesab edir ki, əks təqdirdə biz yenə də din xadimlərinin ictimaiyyət arasında reytinqlərini yüksəltmək, nüfuz qazanmaq naminə bu cür yalançı çıxışlarının şahidi olacağıq: “Zənnimcə, bütün bu çıxışlar, eləcə də azad edilmiş ərazilərdə xristian dini abidələrinin dağılması ilə bağlı yalançı fikirlərin formalaşdırılması Ermənistanda seçkilərə hesablanıb. Kilsənin fəal şəkildə seçki prosesinin bir parçasına çevrilmə niyyəti var. Digər tərəfdən hazırda ədalət mühakiməsi qarşısında cavab verən təqsirləndirilən şəxslərin azadlığa buraxılmasına dair çağırışlar absurddur. Onlar Azərbaycan xalqına qarşı böyük cinayətlər törətməkdə təqsirləndirilirlər”.

Səxavət HƏMİD
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Sentyabr 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see477

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see460

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see440

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see313

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see309

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see301

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see279

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see261

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see255

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see246

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see238

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see231

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see219

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see212

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see210

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see207

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see205

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see199

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see183

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri