Icma.az
close
up
RU
“Qarlı aşırım”ın həqiqətləri elmi ictimai gündəmdə

“Qarlı aşırım”ın həqiqətləri elmi ictimai gündəmdə

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Pedaqoji Universitetində filologiya elmləri doktoru, professor Təyyar Salamoğlu və filologiya üzrə fəlsəfə doktoru Məhrux Dövlətzadənin “Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş “Qarlı aşırım”ın tənqid variantları” kitabının təqdimatı keçirildi.

Ölkənin elmi, pedaqoji və mədəni ictimaiyyəti təmsilçilərinin iştirak etdiyi mərasimi giriş sözü ilə açan ADPU-nun prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Nağıqızı Prezident İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış hərəkatının elmi-tarixi-mənəvi qaynaqlarının siyasi-diplomatik əsaslara çevrilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələrdən söz açdı. O bildirdi ki, bu hərəkat erməni millətçilərinin rus-sovet hakim dairələrnin himayəsi ilə qədim türk yurdunda xalqımıza qarşı apardığı soyqırımı və deportasiya siyasətini əks etdirən əsərlərin daha dərindən öyrənilməsini, itirilmiş 9 mahalın mədəni irsinin sistemləşdirilib yaşadılmasını da gündəmə gətirib. Aparılan elmi-təbliğati işlər kompleksi bu baxımdan qədim yurdumuza sülh yolu ilə qayıdışımıza bir vəsilədir.

Filoloq alim əlavə etdi ki, XX əsr nəsrimizin parlaq simalarından biri Fərman Kərimzadənin Vedi torpağında törədilmiş zorakı siyasətin və qanlı əməllərin bəlalı bir səhifəsinin bədii salnaməsi olan “Qarlı aşırım” romanı aktuallığı və müasirliyi ilə günümüzdə yeni araşdırma mövzusu olub. Oxuculara təqdim edilən “Qarlı aşırım”ın tənqid variantları” kitabı bu zərurəti elmi-nəzəri baxımdan cavablandırıb. Monoqrafiyada romanın ideyası, məzmunu, sənətkarlıq problemlərinə yeni, müasir tələblər baxımından yanaşılması və dəyərləndirilməsi humanitar sahə alimlərinin Qərbi Azərbaycana Qayıdış hərəkatı ilə bağlı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə böyük maraq və məsuliyyətlə yanaşdıqlarına parlaq nümunədir.

ADPU-nun “Qarlı aşırım” romanında bədiiləşmiş tarixi həqiqətin və onun filoloji tədqiqinin Qərbi Azərbaycana Qayıdışın dinc və ləyaqətli şəkildə gerçəkləşdirilməsinə mənəvi dəstək olduğunu vurğuladı. Ali məktəb rəhbəri qeyd etdi ki, belə bir önəmli təqdimatın ADPU-da keçirilməsini universitet kollektivi böyük maraqla qarşılayıb. Monoqrafiyanın filoloji yönü və praktik hədəfi müxtəlif müzakirələrlə dərindən öyrənilib təbliğ ediləcək.

“Ön sözü”ün müəllifi AMEA Folklor İnstitutu mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy ənənvi ədəbi tənqidlə müqayisədə əsərin özəlliyindən danışdı, müəlliflərin çağdaş elmi fikrə sanballı töfhə verdiklərini söylədi. Akademiklər Nizami Cəfərov və Muxtar İmanov yeni monoqrafiyasını ciddi və aktual problemə həsr edilən orijinal və əhatəli araşdırma kimi dəyərləndirdilər.

Milli Məclisin deputatı Hikmət Babaoğlu “Qanlı aşırım” və bu sıradan olan digər tarixi romanların sovet rejimi və kommunist ideologiyasının tələblərindən fərqli olaraq obyektiv, düzgün öyrənilməsinin vacibliyini bildirdi. Əməkdar elm xadimi, professor Vaqif Şadlinski həmyerlisi Fərman Kərimzadə, əsərdəki gerçək hadisələr haqqında özünün və atasının xatirələrini diqqətə çatdırdı.

“Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, Türkiyənin Mərmərə Universitetinin dosenti Mehdi Gəncəli, məfkurə şairi Ramiz Qusarçaylı romanın və onun elmi təfsirinin erməni millətçiliyi ilə mübarizədə mənəvi silah olduğunu qeyd etdilər.

“Qarlı aşırım”ın tənqid variantları” kitabının müəllifləri Təyyar Salamoğlu və Məhrux Dövlətzadə araşdırmanın nəzəri-konseptual və metodoloji əsasları ilə bağlı sovet ədəbiyyatşünaslığı ilə müasir elmi-nəzəri fikrin oxşar və fəqli cəhətlərindən bəhs etdilər, iştirakçıların suallarına cavab verdilər.

İşgüzar şəraitdə keçən, zəngin təəssürat yaradan mərasimin sonunda Fərman Kərimzadənin qızı, atasının bədii irsinin öyrənilib ictimai hərəkata gətirilməsinə görə zəhməti olanlara razılığını bildirdi.

Abid TAHİRLİ,
Tahir AYDINOĞLU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:309
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Mart 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri