Icma.az
close
up
RU
Qars İğdır Naxçıvan dəmir yolu Naxçıvanın beynəlxalq ticarət şəbəkəsinə inteqrasiyası üçün mühüm layihədir ŞƏRH

Qars İğdır Naxçıvan dəmir yolu Naxçıvanın beynəlxalq ticarət şəbəkəsinə inteqrasiyası üçün mühüm layihədir ŞƏRH

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Naxçıvan, 28 aprel, Nail Əsgərov, AZƏRTAC

Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ölkənin tranzit-logistika imkanlarının artırılması xüsusi hədəflərdən biri kimi müəyyən edilib. Bu istiqamətdə beynəlxalq əhəmiyyətli Zəngəzur dəhlizi və onun tərkib hissəsi olan Qars-İğdır-Naxçıvan dəmir yolu mühüm infrastruktur layihəsidir. Ümumilikdə, Orta Dəhlizə daxil olan bu layihələr, sadəcə, Türkiyə və Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirmək xarakteri daşımır. Eyni zamanda, Avropa ilə Asiya üçün ticarət əlaqələri cəhətdən qlobal əhəmiyyət kəsb edir. Məhz bu dəmir yolunun reallaşması ilə Naxçıvanın iqtisadi, turizm potensialı və logistika imkanları daha da genişlənəcək. Ümumiyyətlə bu, həm iqtisadi, həm də geosiyasi əlaqələr baxımından olduqca mühüm layihədir, Azərbaycanla Türkiyə arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılması deməkdir. Naxçıvanın beynəlxalq ticarət şəbəkəsinə inteqrasiyası üçün də bu dəmir yolu xətti olduqca əhəmiyyətlidir. Bununla eyni zamanda regionda iqtisadi fəallığın artmasına, yeni investisiyaların cəlb olunmasına, turizmin inkişafına və məşğulluğun yüksəlməsinə təkan veriləcək.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisadçı-ekspert Əli Cabbarov Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin Naxçıvana qazandıra biləcəyi iqtisadi üstünlükləri, logistik imkanları və turizmə təsirlərini şərh edərkən deyib.

O qeyd edib ki, həmin dəmir yolu xəttinin istifadəyə verilməsi ilə nəqliyyat xərclərinin azalması, malların çatdırılma müddətinin qısalması və yükdaşıma səmərəliliyinin yüksəlməsi gözlənilir. Hazırda Naxçıvana daşınan yüklər, əsasən, hava və avtomobil nəqliyyatı ilə çatdırılır, bu isə həm baha başa gəlir, həm də operativ deyil. Yeni dəmir yolu ilə Naxçıvandan Türkiyəyə, oradan Avropaya və əks-istiqamətdə mal dövriyyəsi sürətlənəcək. Bu, yerli sahibkarların ixrac imkanlarını artıracaq, kənd təsərrüfatı məhsulları üçün yeni bazarlar açacaq və eyni zamanda, logistik mərkəzlərin yaradılmasında da zəmin rolu oynayacaq. Dəmir yolunun turizmin inkişafına da böyük təsiri olacaq. Naxçıvan zəngin tarixi, mədəni və təbii irsə malik bölgədir. Lakin illərdir burada turizmin inkişafı nəqliyyat məhdudiyyətləri səbəbi ilə ləngiyirdi. Yeni dəmir yolu xətti Naxçıvana quru yolla rahat və sərfəli səyahət imkanları yaradacaq. Qardaş Türkiyədən və digər ölkələrdən turistlərin axını artacaq, turizm servislərinə tələbat yüksələcək.

“Həm Naxçıvan, həm də qardaş Türkiyənin Azərbaycanla həmsərhəd regionlarının iqtisadi göstəricilərində dəmir yolu sayəsində yüksək artımlar olacaq. Region əhalisinin gəlir səviyyəsinin yüksəlməsi və sosial rifahın artması kimi müsbət nəticələr gözlənilir. Bundan əlavə, mədəni əlaqələr də genişlənəcək və nəticədə, dəmir yolunun effektiv istifadəsi ilə logistik infrastrukturun – yükləmə-boşaltma məntəqələrinin, anbarların, gömrük zonalarının yaradılması, turizm infrastrukturunun yenilənməsi, sahibkarlara dəstək proqramlarının reallaşması mümkün olacaq. Ən əsası isə bu layihə bölgədə davamlı sülh və təhlükəsiz mühitə zəmin yaradaraq Naxçıvan üçün yeni bir inkişaf mərhələsinin başlanğıcı olacaq”, - deyə Əli Cabbarov əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Aprel 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see473

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see252

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see221

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see203

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see184

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see158

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see155

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see151

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see144

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see142

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see137

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri