Qars Ticarət və Sənaye Palatası ilə tərəfdaşlıq imkanları müzakirə edilib AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 29 noyabr, AZƏRTAC
İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Qars Ticarət və Sənaye Palatasının nümayəndə heyəti ilə görüş keçirilib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı qarşılıqlı əməkdaşlıq perspektivləri, birgə təşəbbüslər və tərəfdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.
AZPROMO tərəfindən Azərbaycanın biznes və investisiya imkanları, xüsusi iqtisadi zonalar, işğaldan azad edilmiş ərazilər, eləcə də xarici investorlar üçün yaradılmış geniş imkanlar barədə məlumat təqdim edilib.
Tərəflər arasında, həmçinin 2025-ci ilin birinci rübündə Türkiyəyə planlaşdırılan işgüzar səfər çərçivəsində əməkdaşlıq və əlaqələrin daha da genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 29 Noyabr 2024 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















