Icma.az
close
up
RU
Qars valisi, bələdiyyə başqanı və diaspor təşkilatlarının rəhbərləri ilə görüş keçirilib AZƏRTAC

Qars valisi, bələdiyyə başqanı və diaspor təşkilatlarının rəhbərləri ilə görüş keçirilib AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qars, 19 yanvar, AZƏRTAC

Türkiyədə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Qarsda bir sıra görüşlər keçirib.

AZƏRTAC xəbər verir ki, Qars valisi Ziya Polat Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib, əlaqələrin intensivliyinin iki qardaş ölkə arasında münasibətlərin inkişafına töhfə verdiyini vurğulayıb.

Səmimi qəbula görə təşəkkür edən sədr komitənin fəaliyyət istiqamətləri barədə geniş məlumat verib, Türkiyə və Azərbaycanın sarsılmaz dostluğuna və burada məskunlaşan azərbaycanlıların özlərini ana vətəndə hiss etdiklərinə diqqət çəkib.

Qarsda yaşayan azərbaycanlıların fəaliyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılıb, əlaqələrin perspektivləri müzakirə olunub.

Komitə sədrinin növbəti görüşü Qars Bələdiyyəsinin sədri Ötükən Sengerlə olub. Bələdiyyə sədri Azərbaycanla Türkiyə arasında əlaqələrin tarixinə nəzər salıb, ortaq keçmiş, ortaq dil, ortaq mədəniyyət və bizi birləşdirən digər məqamlarla bağlı fikirlər səsləndirib. Soydaşlarımızın öz bilik və bacarıqları ilə yaşadıqları ölkəyə töhfələr verdikləri nəzərə çatdırılıb, qarşılıqlı maraq doğuran məsələlər, gələcək əməkdaşlıq imkanları barədə danışılıb.

Qars səfəri çərçivəsində komitə sədri Azərbaycanın Qarsdakı Baş Konsulluğunu ziyarət edib, Baş konsul Zamin Əliyevlə və Qarsda fəaliyyət göstərən Azərbaycan dərnəklərinin rəhbərləri və üzvləri ilə görüşüb. Görüşdə komitənin fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verilib, Qarsdakı diaspor təşkilatlarına gələcək fəaliyyətləri ilə bağlı tövsiyələr çatdırılıb. Görüş üçün təşəkkür edən dərnək rəhbərləri göstərilən diqqətə görə Azərbaycan dövlətinə təşəkkür edib, perspektiv fəaliyyət planları barədə fikirlərini bildiriblər.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Qars

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Yanvar 2025 23:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see250

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see239

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see201

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see201

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see196

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see189

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see179

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see171

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see164

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see162

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see162

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see142

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see138

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see135

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see135

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see134

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see131

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see131

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see126

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri