Icma.az
close
up
RU
Qarsda ermənilərin cinayətləri barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında gənclərin rolu müzakirə edilib

Qarsda ermənilərin cinayətləri barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında gənclərin rolu müzakirə edilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Ankara, 22 aprel, AZƏRTAC

Türkiyənin Qars şəhərindəki Qafqaz Universitetində “Anadoluda erməni cinayətləri barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında gənclərin rolu” mövzusunda inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri Qars Əsassız Erməni İddiaları ilə Mübarizə Cəmiyyəti təşkil edib və mükafatlandırma mərasimi Türkiyə universitetinin fakültələrindən birinin binasında baş tutub.

Tədbirdə çıxış edən Qafqaz Universitetinin İctimai Elmlər İnstitutunun direktoru, professor Yaşar Kop tədbir iştirakçılarının diqqətini Osmanlı imperiyasının son illərində baş verən faciəli hadisələrə yönəldib.

Onun sözlərinə görə, erməni quldur dəstələrinin Anadolunun müxtəlif bölgələrində törətdiyi təxribatçılıq fəaliyyəti və qanlı cinayətləri Osmanlı hökumətini erməniləri dövlətin başqa ərazilərinə köçürmək qərarını qəbul etməyə məcbur edib.

Professor əlavə edib: “Xaricdəki ermənipərəst dairələr bu gün tarixi təhrif edərək, həmin dövrdə baş verən hadisələrdən Türkiyəyə təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Bu yalançı təbliğatın ifşa olunmasında ölkəmizin hüquq və mənafeləri uğrunda mübarizənin önündə getməli olan gənclərin üzərinə böyük vəzifə düşür. Erməni gəncləri türklərə nifrət hissi ilə yetişdirilir, biz isə onların tarixi həqiqətləri bilməsinə çalışmalıyıq”.

Qars Əsassız Erməni İddiaları ilə Mübarizə Cəmiyyətinin rəhbəri Mehmet Tekel də ermənilərin Anadoludakı cinayətlərindən danışıb. O, Şərqi Anadoluda ermənilər tərəfindən onlarla müsəlman kəndinin, məscid və qəbiristanlığın dağıdılmasına dair təkzibolunmaz arxiv sübutlarının mövcudluğuna işarə edib.

M.Tekel Qarsda Türk Xalqlarının Soyqırımı Muzeyinin yaradılması təşəbbüsü ilə çıxış edib.

Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev, öz növbəsində, regionun tarixi mövzusunda tədbirlərin təşkilinin vacibliyini vurğulayıb və gəncləri keçmişdən dərs almağa çağırıb.

Tədbirdə Qafqaz Universitetinin rektoru vəzifəsini icra edən professor Selçuk Ural, Türkiyədə fəaliyyət göstərən siyasi partiyaların və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri