Icma.az
close
up
RU
“Qarşıda “Zirə” ilə çox vacib kubok oyunu var” Sənan Qurbanov İdmanXəbər

“Qarşıda “Zirə” ilə çox vacib kubok oyunu var” Sənan Qurbanov İdmanXəbər

Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Neftçi” Misli Premyer Liqasının 13-cü turunda səfərdə “Turan Tovuz”la 0:0 hesablı heç-heçə edib.

İdmanxeber.az xəbər verir ki, “ağ-qaralar”ın məşqçisi Sənan Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Tovuz səfəri həmişə çox çətin keçir. “Turan Tovuz” iddialı klubdur. Turnur cədvəlində olduqları yer də bunu göstərir. Çalışdıq ki, komanda qısa vaxtda oyuna hazırlayaq. “Turan Tovuz” uzun ötürmələrdən çox istifadə edir. Buna hazır idik. Mübarizəli oyun keçəcəyini bildirdik. Cəmi iki gün məşq keçə bilmişdik. Bura qələbə qazanmaq üçün gəlmişdik. “Neftçi”də 3 xal prioritet sayılır. Komanda işinə bu cür ciddi yanaşsa, uğur uzaqda deyil.

– Müvəqqəti baş məşqçisiz. Bu gün qələbə qazansaydız, sizin komandadakı gələcəyinizə təsir edə bilərdi?

– Hazırda “Neftçi”nin akademiyasında koordinator vəzifəsində çalışıram. Bu klubun akademiyasında işləmək şərəfdir. Əsas komandada bir saat belə məşq keçsəm belə, işi sevə-sevə yerinə yetirirəm. Bu, rəhbərliyin qərarıdır. “Neftçi”yə az da olsa faydam dəysə, mən buna abcaq sevinərəm.

– Qısa müddətdə nəyi dəyişə bildiz?

– Müdafiədə daha ciddi oynamağa çalışırdıq. “Turan Tovuz” müdafiədən hücuma keçidlərdə bir az təhlükəlidir. Samir Abasov çox yaxşı komanda yığıb. Futbolçular çox keyfiyyətlidir. Bu komanda daha yaxşı yerlərə layiqdir.

– İndiki vəziyyət üçün 1 xalı qənaətbəxş hesab etmək olar?

– Qələbə qazanmaq istəyərdik. 3 xal bizi turnir cədvəlində yuxarı pillələrə qaldıra bilərdi. Qalib gələ də, məğlub ola da bilərdik. Gələcəyə ümidlə baxmaq lazımdır. Qarşıda çox çətin rəqiblər var. Mübarizənin keyfiyyətini bir az da artırsaq, bu komanda uğur qazana bilər.

– Vensan Abubakar 90 dəqiqə meydanda qaldı. Onunla bağlı fikirləriniz necədir?

– Özünə də dedim, o çox peşəkar futbolçudur. İşinə çox ciddi yanaşır. Məşqlərə tez gəlir, canla-başla çalışır. Bu, komandada olan gənc futbolçulara örnəkdir. Düşünürəm ki, Abubakar “Neftçi” üçün çox böyük qazancdır.

– Samir Abasov son müsahibəsində bildirib ki, Premyer Liqada daimi işləmək üçün gərək adamın olsun. Siz necə düşünürsünüz?

– Samir Abasov mənim dostumdur, çox yaxşı münasibətimiz var. O, “Neftçi”ni sonuncu dəfə çempion edən adamdır. Samir Abasova adam lazım deyil, özü bir addır, özünü sübut etmiş məşqçidir. Məşqçiyə təklifləri gətirən nailiyyətlərdir.

– Bundan sonra “Neftçi”nin əsas hədəfinin ölkə kuboku olduğunu deyə bilərik?

– “Neftçi” adı varsa, çempionluq və kubok uğrunda mübarizə aparmaq lazımdır. Bu təzyiqin altında oynamaq asan deyil. Mən iki dəfə ölkə kubokunu qazanmışam. Çox yaxşı hissdir. Qarşıda “Zirə” ilə çox vacib kubok oyunu var. Bizi səfərdə ağır matç gözləyir. Sabahdan həmin oyuna hazırlaşmağa başlayacağıq.

– Samir Abasov gənc oyunçulara şans vermədiyi üçün tənqid olunurdu. Bu gün siz də onlara çox şans vermədiz. Səbəb nədir?

– Cəmi iki məşq keçmişəm. Heyətdə qlobal dəyişikliklər etmək  doğru olmaz. Mən də oyunçuları stadionda izləmişəm. Standart vəziyyətlərdə mənim öz baxışlarım var. Hətta onları da saxladım.Çünki komandanı birdən-birə stressə sala bilmərəm. Murad, Rza, Ağadadaş perspektivli futbolçulardır. Yetərincə şans qazanıblar. Hər biri meydana çıxıb komandaya kömək edə biləcək gücdədir.

– Komandanı “Zirə” ilə kubok oyununa siz çıxaracaqsız?

– Bilmirəm. Onsuz da akademiyada işləyirəm, yolun o biri tərəfindəyəm. İşimi sevə-sevə görürəm.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 28 Noyabr 2025 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see887

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see265

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see233

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see205

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see202

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see197

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see196

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see177

Gözləmələrin qida dadına necə təsir etdiyi məlum oldu…

26 Noyabr 2025 23:27see175

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see153

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see151

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see143

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see142

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see139

Oğlunun toyunda geyindiyi açıq saçıq paltardan DANIŞDI

27 Noyabr 2025 17:17see136

Yağlısı infarkta aparır Yağsızı min bir dərdə dərmandır

27 Noyabr 2025 01:02see136

Gündə 4 fincan içmək qocalmanı yavaşladır

28 Noyabr 2025 05:05see132

KL: Samsunspor səfərdən 1 xalla dönür

28 Noyabr 2025 02:26see132

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see129

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri