Icma.az
close
up
RU
Qarşılıqlı inam və etimada əsaslanan dostluq nümunəsi

Qarşılıqlı inam və etimada əsaslanan dostluq nümunəsi

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bugünkü Azərbaycan – Çin münasibətləri belə qiymətləndirilir

Çin və Azərbaycan 6-7 ay bundan əvvəl strateji tərəfdaş oldular. Bu, hətta bundan daha da yaxşı dost olmaq üçün bizim qarşılıqlı iradəmizi nümayiş etdirən yüksək səviyyəli tərəfdaşlıqdır. Fürsətdən istifadə edərək, çinli dostlarımızı Azərbaycanı ziyarət etməyə dəvət edirəm. Onlara bunu etmək üçün artıq viza tələb olunmur. Sadəcə, bilet alıb gələ bilərlər və Azərbaycanın necə inkişaf etdiyini görə bilərlər və özlərinə yeni dostlar qazana bilərlər. Əminəm ki, xalqlararası təmaslar ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxın edəcək.

Azərbaycan Prezidenti İlham Əliyevin Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsindən

Davos, 20 yanvar 2025-ci il

İkinci Qarabağ müharibəsi dövrü sübut etmişdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin təkcə siyasi fəaliyyəti, diplomatik təmasları və Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi atdığı addımlar deyil, həm də istənilən KİV təmsilçisinə verdiyi müsahibə də beynəlxalq aləmdə özünəməxsus əks-səda yaradır. Əgər həmin müsahibə dünyanın ən qüdrətli ölkələrindən birini təmsil edən mətbuat vasitəsinə verilibsə, onda əks-sədanın dalğaları daha da çoxalır və uzunmüddətli olur.

Cənab Prezidentin bu il yanvarın 20-də Davos İqtisadi Forumu çərçivəsində dost və strateji tərəfdaşımız olan Çin Xalq Respublikasının CGTN televiziya kanalına verdiyi müsahibədə bu baxımdan xüsusi önəm kəsb edir. Çünki dövlət başçımız həmin müsahibədə problemlərlə dolu olan XXI əsrin az qala bütün çağırışlarına münasibət bildirmişdi.

Yeri gəlmişkən, onu da xatırladaq ki, Azərbaycan Prezidentinin Davosda keçirdiyi bütün görüşlər kimi, verdiyi müsahibələr də qarşı tərəfin təşəbbüsü ilə baş tutmuşdu. Yəni Azərbaycan lideri heç zaman hansısa jurnalistə müsahibə vermək istəyində olmayıb. Bu məqsədlə müraciət edənləri isə heç zaman cavabsız qoymur. Bu faktı ona görə xatırladırıq ki, az qala dünyanın bütün problemlərindən söhbət gedən həmin müsahibənin təşəbbüskarı da, layihə rəhbəri də, müəllifi də Çin tərəfi idi.

Şəxsən bir oxucu kimi, məni daha çox məmnun edən məqam cənab Prezidentin öz müsahibəsində lider məsələsinə toxunarkən səsləndirdiyi fikirlər idi. Çünki bugünkü dünya mərhum şair Oqtay Rzanın bir şeirində dediyi kimi “yaman yiyəsizdir”. Daha doğrusu, anamız Yer kürəsinin bu qədər münaqişə, müharibə və digər problemlərlə əlbəyaxa olmasının əsas səbəbi ədalətli lider kasadlığıdır. Biz bunu dünya mədəniyyətinə və siyasətinə danılmaz və möhtəşəm töhfələr vermiş fransız xalqının lidersizlik ucbatından yaşadığı məşəqqətlərdə də görürük, Rusiya tərəfindən Cənubi Qafqaza gətirilərək dövlət bəxş edilmiş ermənilərin sabahının qaranlıq dalana dirənməsində də...

Dövlət başçımız Çin televiziyasına verdiyi müsahibədə bu məsələyə xüsusi önəm verdiyini dilə gətirdi: “Ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır. Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. Bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa gətirib çıxarır. Bu, dünyanın müxtəlif yerlərində siyasi böhrana gətirib çıxarır”.

Bu arqumentlərin təsdiqi bütün dünyanın gözü qabağında olduğuna görə konkret faktları sadalamağa ehtiyac hiss etmirik. Onsuz da hamı Emmanuel Makronun fransızların başına gətirdiklərini də görür, Nikol Paşinyanın ermənilərin başına gətirdiklərini də.

O ki qaldı adıçəkilən müsahibədə gündən-günə daha da yüksələn Azərbaycan – Çin dostluq və tərəfdaşlıq münasibətlərinə, çəkinmədən deyə bilərik ki, cənab Prezidentin bu istiqamətdə söyləyə biləcəyi fikirlər, faktlar, arqumentlər bir məqaləyə sığışdırıla biləcək qədər deyil. Dövlət başçımız bu məsələ ilə bağlı olan sualı cavablandırarkən dedi ki, Çin iqtisadiyyatı çox sabitdir və bu, qlobal iqtisadiyyatın mühüm bir amilidir: “Qazıntı enerji növləri üzrə sabit qiymətlərə ehtiyacı olan Azərbaycan kimi ölkə üçün Çin iqtisadiyyatı da mühüm bir amildir. Çin iqtisadiyyatı sürətlə inkişaf etdikcə, qazıntı enerji növünə olan tələbat daha da artır. Odur ki, biz Çin iqtisadiyyatının həmişə inkişaf etməsi nöqteyi-nəzərindən maraqlıyıq”.

Prezident əmin olduğunu söylədi ki, gözləntilər çox böyükdür: “Çünki sizin ölkəniz texnologiyada liderdir və Azərbaycanda bir çox Çin şirkətləri öz xidmətlərini və texnologiyasını təmin edir. Bizim indicə müzakirə etdiyimiz kimi, yaşıl texnologiya sahəsində heç kim sizinlə rəqabət apara bilməz. Dünyanın müxtəlif yerlərindən olan, müxtəlif şirkətləri təmsil edən investorlarımız bu tutumları quraşdırmaq üçün Çin texnologiyasını seçirlər”.

Təbii ki, bu gün dünyanın bütün qütblərini təmsil edən beyin mərkəzləri planetimizin əsas güc mərkəzlərindən olan Amerikla Birləşmiş Ştatlarındakı sonuncu prezident seçkilərinin nəticələrinin müzakirəsini dayanmadan davam etdirirlər. Bir az da dəqiq desək, hamı cənab Donald Trampın ikinci müddətə prezident seçilməsinin dünyamıza hansı yenilikləri gətirəcəyini gözləyir. Çin televiziyasının əməkdaşı da Azərbaycan Prezidenti ilə müsahibəsində həmin gözləntiləri yada salmışdır.

Dövlət başçımızın cavabı belədir ki, biz Prezident Trampın ABŞ-a rəhbərlik etdiyi zamanı xatırlayırıq və son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, bizim əlaqələrimiz çox uğurla inkişaf edirdi: “Beləliklə, Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmiz çox müsbət idi. Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq”.

Bəzi Qərb liderlərinin son illər Prezident Trampa qarşı çox ədalətsiz mövqe nümayiş etdirdiklərini xatırladan İlham Əliyev dedi ki, onlar indi narahatdırlar, indi onların buna görə cavabdeh olmasının vaxtı gəlib çatıb: “Bu, mənim fikrimdir. Ola bilsin mən yanılıram. Lakin mən ABŞ-da dəyişikliklə bağlı narahat olmaq üçün başqa ciddi səbəb görmürəm. Düşünürəm ki, dünya daha təhlükəsiz ola bilər. Prezident Trampın ilk prezidentliyi dövründə ABŞ heç bir müharibəyə başlamadı. Əgər ABŞ-ın ən azı bir neçə onilliklər ərzində tarixinə nəzər salsaq, bu, nadir bir təcrübə idi. Azərbaycana gəlincə, biz əminik və nikbin fikirdəyik”.

Ancaq çinli mətbuat təmsilçisi Cənubi Qafqazın şəksiz və şəriksiz liderindən təkcə Pekin – Bakı münasibətləri barədə deyil, ABŞ – Çin münasibətlərinin sabahı barədə də nə isə eşitmək istədi və eşitdi: “Sədr Sini daha yaxşı tanıyıram, çünki onunla dəfələrlə görüşmüşəm. Prezident Trampla rəsmi görüşüm olmayıb, sadəcə, bir-birimizin əlini sıxmışıq. Bununla belə, bu, dünya, dünya iqtisadiyyatı, sabitlik üçün yaxşı bir işarə, siqnaldır. Çünki Çin və ABŞ dünyanın iki ən böyük iqtisadiyyatına malik aparıcı ölkələrdir. Əlbəttə ki, müxtəlif məsələlərdə onların arasında konsensusun olması, qarşıdurmanın deyil, əməkdaşlığın olması, sözsüz ki, bütün ölkələrin xeyrinə olacaq. Ona görə də biz həmin telefon danışığı barədə xəbər aldıqda bundan məmnun olduq. Ümidvarıq ki, bu sıx tərəfdaşlıq prosesi davam edəcək”.

... Yadımdadır, Azərbaycan Prezidenti iki il qabaq da bu televiziyaya müsahibə vermişdi və bütün dünya siyasətçilərini məmnun edən təvazökarlıq nümunəsi yaradaraq demişdi ki, qlobal arenada Çinin gördüyü işlər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməlidir: “Siz bunu qlobal miqyasda edirsiniz. Biz isə bunu daha çox regional miqyasda edirik. Ancaq bizim fəlsəfəmiz eynidir və uğurludur. Baxın, Çin dünyada ən çox uğur qazanmış ölkələrdəndir və dünyanın aparıcı iqtisadiyyatlarındandır. Siz buna öz əməyiniz, xalqınızın və ölkə rəhbərliyinin müdrikliyi və nəticəyönümlü səyləriniz sayəsində nail olmusunuz”.

Mən isə bu sətirlərin müəllifi olaraq, iki il əvvəl Azərbaycan – Çin münasibətləri haqqında yazmağa başlayanda xatırlatmışdım ki, Bakı– Pekin dostluğu barədə düşünərkən “Heydər Əliyev xoşbəxt azərbaycanlıdır” – kəlamını mütləq işlətmək lazımdır. Çünki bugünkü Azərbaycan – Çin strateji əməkdaşlığının təməlində məhz Heydər Əliyev müdrikliyi dayanır.

İ.QAÇAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Fevral 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see534

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see277

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see277

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see267

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see258

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see249

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see241

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see232

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see226

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see224

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see219

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see216

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see210

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see208

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see198

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see196

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see189

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see186

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see183

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri