Icma.az
close
up
RU
Qatı xristian, yoxsa kafir... Kilsə onu niyə bağışlamadı?

Qatı xristian, yoxsa kafir... Kilsə onu niyə bağışlamadı?

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kulis.az Murad Köhnəqalanın "Pravoslav kilsəsinin Tolstoy qadağası" yazısını təqdim edir.

Məşhur yazıçı, xristian teoloqu, xeyriyyəçi Lev Tolstoyun həyatı haqqında bir sıra maraqlı faktlar üzə çıxıb. Sən demə, inancına sadiq bir xristian, hətta az qala müqəddəs ata kimi tanınan Tolstoy da vaxtilə kilsənin qəzəbinə tuş gəlib və ağır cəzalandırılıbmış.

Tolstoy kilsə ilə çəkişəndə artıq tanınmış yazıçı idi. Rus provaslav kilsəsi məşhur yazıçının kilsəyə girişinin qadağan edilməsi barədə qərar qəbul etmişdi.

Ən maraqlısı isə odur ki, Rusiya Patriarxlığı yazıçı ilə bağlı yüz ildən çox əvvəl qəbul edilmiş qərara yenidən baxmaqdan imtina edib. Maraqlıdır, Tolstoy kilsəni nədən bu qədər qəzəbləndirmişdi?

Həqiqət axtarışları və xeyriyyəçilik

1870-ci illərin sonunda, Lev Nikolayeviç təxminən 50 yaşında olarkən mənəvi böhran yaşayır. Yazıçı varlıq problemləri, insanın məqsədi, həyatın mənası barədə aşırı düşünür. O, suallarına cavab tapmaq üçün dinə baş vurmalı olur.

Yazıçı tez-tez din xadimləri ilə görüşür, onlarla dini, fəlsəfi mövzularda geniş müzakirələr aparır. O, Optina Pustin monastırına gedərək monastırın qurucusu Optina Ambrose ilə söhbətləşmiş, müqəddəs mətnləri və teoloji traktatları dərindən oxuyub mənimsəmişdi.

Qədim mətnləri, İsa Məsihin təlimini öyrənən Tolstoy kilsənin düzgün yolda olmadığı qənaətinə gəlir. O, 1891-ci ildə "Doqmatik teologiyanın tədqiqi" əsərini nəşr etdirir. Bu əsərində metropolitan Macarius tərəfindən tərtib edilmiş "pravoslav doqmatik ilahiyyat"ı tənqid edir. Yazıçı erkən xristian mətnlərini orijinalda oxumaq və onların mənasını daha yaxşı başa düşmək üçün ibrani və qədim yunan dillərini də öyrənməyə başlayır. Üstəlik, o, bəzi qədim təriqətlərin nümayəndələri ilə də sıx əlaqələr saxlayır. Bütün bunlar isə rus kilsəsinin xoşuna gəlmirdi.

Həyatının bu dövründə Tolstoy həmçinin, yeni həyat tərzini qəbul edir. Bu həyat tərzi sadə, minimalist yaşamdan ibarət idi. O, ət yeməkdən imtina edərək vegetarian olmağa qərar verir. Daha sadə paltarlar geyinməyə, fiziki əməyə çox vaxt ayırmağa və bütün sərvətini xeyriyyə işlərinə sərf etməyə başlayır.

1890-cı illərdə Tolstoy çoxlu sayda xeyriyyə işləri görür. Böyük yazıçı yoxsulların yemək və sığınacaqla təmin edilməsi üçün müəssisələr açır. Tolstoyun həyat yoldaşı Sofiya ilə birlikdə xeyriyyəçilik fəaliyyətinə ölkənin müxtəlif bölgələrində 187 pulsuz yeməkxananın açılması, kəndlilərin yer şumlaması, əkinçiliklə məşğul olması üçün onlara atların, toxumların paylanması, yazıb-oxumaq bilməyənlər üçün ödənişsiz kursların təşkili və bu yöndə bir çox əməli işlər daxil idi.

Kilsənin Tolstoya qarşı düşmənçiliyi

Burada bir məsələni də qeyd etməliyik: həyat tərzini tamamilə dəyişməzdən az əvvəl Lev Nikolayeviç, sonradan Tolstoyizmin lideri sayılacaq Vladimir Çertkovla tanış olmuşdu. Onlar qısa zaman ərzində möhkəm dostlaşmışdılar. Çertkov yeganə insan idi ki, Tolstoyun düşüncələrinə, mənəvi aləminə təsir edə bilirdi. Böyük yazıçı vəfat edənə qədər bu dostluq davam edir. Lev Nikolayeviç hətta öz əsərlərinin redaktəsini belə, Vladimir Çertkova etibar edirdi.

Həmin dövrdə Tolstoyun düşüncələri ilə bərabər, ədəbi yaradıcılığı da nəzərəçarpacaq dərəcədə dəyişir. Bir çox tənqidçilər yazıçının həmin dövrdə ədəbiyyatın zirvəsini fəth etdiyi fikrini də yazırlar. Lakin kilsənin böyük yazıçıya qarşı kini davam edir. Tolstoyun o illərdə yazdığı “Tanrının evi sizin qəlbinizdir”, “Etiraf”, “İncilin qısa ekspozisiyası”, “Mənim inancım nədir?” kimi əsərlərin nəşri Rusiyada qadağan edilir. Lakin yazıçının vəfatından sonra İngiltərəyə köçən Çertkov həmin əsərləri ingilis dilində nəşr etdirir.

Tolstoyun öz yaradıcılığına münasibəti haqqında çox maraqlı bir fakt da var. Nə qədər qəribə görünsə də o, yaradıcılığının ilkin mərhələsində yazdığı əsərlərini sevmirdi. Hətta bir dəfə “Anna Karenina”nı və “Hərb və Sülh”ü tərifləyənlərə yazıçı əsəbi halda belə demişdi:

"Elə bil Edissonun yanına gəlib deyirlər: sizə yaxşı rəqs etdiyinizə görə hörmət edirik".

Tolstoyun xanımı onun yeni fikirlərini çox da bölüşmürdü. Ona görə də Çertkov yazıçıya onun fəlsəfəsini qəbul etməyən həyat yoldaşından ayrılmağı tövsiyə etmişdi. Onsuz da ailə üzvləri, qohumları Tolstoyla yola getmirdilər.

Tolstoy “İncil”i tənqid edib?

Lakin həyatındakı bütün ziddiyyətlər bir yana, yazıçının əsas davası pravoslav kilsəsi ilə olub. O, uşaq ikən ənənəyə uyğun olaraq pravoslav qaydası ilə xaç suyuna çəkilsə də gəncliyində dinlə maraqlanmayıb. Tolstoy yalnız qırx yaşından sonra kilsəyə maraq göstərməyə başlayır. O, müntəzəm olaraq ayinlərdə iştirak edir və oruc tutur. Eyni zamanda, “İncil”də nəql edilən bəzi təzadlı məsələləri inkar etməmək üçün çox da düşünməməyə çalışır.

Lakin yuxarıda da qeyd etdiyimiz kimi dini mətnləri dərindən araşdırdıqca Tolstoyun “səmavi” adlandırılan dinlərə inamı get-gedə zəifləyir.

1878-ci ildən Tolstoy məyusluq içində kilsəni öz həyatından tamamilə sildiyini açıqlayır. O, İncil mətnlərində yazılanların bir çoxunun yalan olduğunu bəyan edir və İncil kitablarını (Beş İncil var) ibrani dilindən tərcümə edərək onlara şərhlər yazır. Yazıçı məşhur "Dirilmə" romanında kilsə ayinlərinin mexaniki əzbərlənməsini və əhəmiyyətsizliyini, eləcə də ruhanilərin ikiüzlülüyünü tənqid edir.

Lev Nikolaeviç kilsənin bəzi təlimlərini şiddətlə qınayırdı. Məsələn, o, yer üzündəki həyatın faniliyi, əbədi həyatın isə üstünlüyü ideyası ilə razılaşmırdı. Tolstoy həmçinin ortodoks xristian teologiyasının aşıladığı hər bir insanın doğuşdan günahkar olması fikrini də tənqid edirdi.

Tolstoyun kilsə hücumları müvəqqəti olaraq bağışlanmışdı, çünki həmin vaxtlarda o, görkəmli yazıçı kimi şöhrətin zirvəsində idi. Lakin bu “güzəşt” uzun müddət davam etmədi.

Yazıçının əbədi evi: milyonların qəlbi

1901-ci ildə Sinodun qərarı ilə Tolstoy açıq şəkildə qınanıldı və kilsəni ziyarətdən məhrum edildi. Yazıçı bu qərarı xeyli əsəbi qarşılamışdı. O, deyirdi ki, onun pravoslavlığı tənqid etməsi tanrıya qarşı üsyan deyil, əksinə, ona doğrudan xidmət etmək istəyidir. Lev Tolstoy ölüm yatağında olanda belə, kilsə böyük yazıçı ilə bağlı qərarını dəyişmədi. Çox sonralar Tolstoyun nəvəsi patriarx II Aleksiyə Sinodun məlum qərarına yenidən baxılması xahişi ilə məktub göndərsə də Tolstoya hələ də kilsə tərəfindən bəraət verilməyib. Patriarxiya açıq şəkildə bildirib ki, haqqında müraciət edilən şəxs sağ olmadığı üçün qərara yenidən baxılması mümkün deyil.
Beləliklə, böyük humanist yazıçı, teoloq və xeyriyyəçi Lev Tolstoy pravoslav kilsəsi üçün persona-non-qrata olaraq qalmaqdadır. Sözsüz ki bu xoşagəlməz qərar yalnız kilsənin mövqeyini əks etdirə bilər, lakin Tolstoyun insanlıq qarşısındakı xidmətləri, mənəvi dərsləri, ölməz əsərləri əbədi olaraq yaşayacaq.

Bir Mayis Əlizadə var idi... - Orxan Aras Sonralar heç yerdə rast gəlmədim o sirli-əsrarlı ayinə... - Mübariz Örən Rəsulzadənin şərəfinə təxəllüs götürən, öz qardaşını satan şair - Allahı əlindən alınmış insanlar
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://kulis.az
archiveBu xəbər 31 Mart 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see167

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see134

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see132

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri