Icma.az
close
up
RU
Kilsə, yoxsa terror mərkəzi?

Kilsə, yoxsa terror mərkəzi?

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qüdsdə erməni kilsəsinin fəaliyyəti dini dəyərlərlə uzlaşmır

2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi və bu, Ermənistan Respublikası, erməni diasporu və erməni kilsəsi qarşısında konkret çağırış və vəzifələr qoydu. Hayastan rəhbərliyinin nala-mıxa vurmasına baxmayaraq, erməni xalqına ən böyük təsir gücünə malik olan iki institutun – erməni diasporunun və kilsənin son 5 ildəki bəyanatları Qarabağla bağlı məsələnin onlar üçün bağlanmadığını göstərdi.

Bugünlərdə Qüdsdə baş verənlər bu versiyanı bir daha təsdiqləyir. Erməni Apostol kilsəsində revanşist əhval-ruhiyyəsi son zamanlar daha da güclənməkdədir. Son hadisələrdən biri – Yerusəlimdə, yəni müqəddəs Qüds şəhərində Pasxa bayramı zamanı erməni keşişlərin qondarma “Dağlıq Qarabağ respublikası”nın bayrağını qaldırması, bu revanşist tendensiyaların dini platformadan üfürüldüyünü göstərdi. Erməni kilsəsi yarandığı gündən yalnız dini yox, həm də siyasi institut kimi fəaliyyət göstərib. Erməni xalqının milli kimliyinin formalaşmasında və saxlanmasında bu kilsə mühüm rol oynayıb. Bu gün də həmin destruktiv davranış davam etməkdədir. Azərbaycanın suverenliyinə qarşı yönələn çağırışlar kilsə atributları fonunda nümayiş olunursa, bu, artıq sadəcə siyasi deyil, eyni zamanda, dini alətlərin təxribat üçün istifadəsi deməkdir.

Qüds təkcə dini yox, həm də beynəlxalq siyasi simvollarla zəngin olan bir məkandır. Erməni keşişlərin burada separatçı bayraq qaldırması təkcə bir jest deyil, həm də beynəlxalq ictimaiyyətə yönələn simvolik çağırışdır. Bu addım vasitəsilə Ermənistanın dini dairələri öz revanşist mesajlarını qlobal səviyyədə yaymaq niyyətindədirlər. Bu, həm də xristian həmrəyliyi adı altında anti-Azərbaycan təbliğatının yayılmasına yönəlmişdir.

Məlumdur ki, dini məkanlar və dini bayramlar siyasi aksiyalar üçün tribuna olmamalıdır. Bu prinsiplər BMT və UNESCO kimi beynəlxalq təşkilatlar tərəfindən də dəfələrlə vurğulanıb. Erməni kilsəsinin bu qaydaları pozaraq belə tədbirləri siyasi platformaya çevirməsi dini zəmində qarşıdurmalara zəmin yarada bilər. Azərbaycanın ərazi bütövlüyü BMT tərəfindən tanınıb və bu reallığı şübhə altına almağa cəhd göstərən hər hansı təşəbbüs beynəlxalq hüquqa ziddir.

Erməni kilsəsinin Qüdsdəki addımı bir daha göstərdi ki, Ermənistan cəmiyyətində sülhə və regional əməkdaşlığa hazır olmayan qüvvələr hələ də aktivdir. Dini məkanları və bayramları təxribat alətinə çevirmək isə nə dini dəyərlərə, nə də regionun gələcəyinə xidmət edir.

Erməni kilsəsinin və diasporunun Azərbaycana qarşı müharibəni davam etdirmələri Cənubi Qafqazın gələcəyinə təhdiddir. Məlumdur ki, azərbaycanlıların son iki əsrdə qətliamlara və soyqırımlara məruz qalmalarının arxasında həmişə erməni kilsəsi dayanıb. Belə çıxır ki, bu qondarma kilsənin Qüdsdə, İrəvanda var olması regional təhlükəsizliyə təhdiddir. Buna görə də, Azərbaycan kilsənin gələcəyi ilə bağlı addımlar ata bilər.

***

Uzun əsrlərdir ermənilər dünya ictimaiyyətini aldadaraq Ermənistanı xristianlığın beşiyi adlandırırlar. Baxmayaraq ki, xristianlığın arealının yayıldığı illərdə ermənilərin dövləti yox idi.

Xristianlıq dünyada müxtəlif məzhəblər və kilsələr vasitəsilə təzahür edir: katolik, pravoslav, protestant və digər yönümlər mövcuddur. Bu çərçivədə, Erməni Apostol kilsəsi özünü ilk xristian kilsələrindən biri kimi təqdim etsə də, həm teoloji baxımdan, həm də praktiki fəaliyyəti etibarilə universal xristianlıqdan kəskin şəkildə fərqlənir. Bu fərqlər, sadəcə, dini rituallar və ayinlərdə deyil, həm də kilsənin ideoloji və siyasi mövqeyində müşahidə olunur.

1. Teoloji əsaslar və fərqliliklər

Erməni Apostol kilsəsi 451-ci ildə keçirilən Xalkedon Kilsə Məclisinin qərarlarını qəbul etməyərək Xalkedon sonrası əsas xristian doktrinasından ayrılmışdır. Bu səbəbdən, o, monofizit (yəni İsa Məsihin yalnız ilahi təbiətini tanıyan) mövqedə qalmış və universal pravoslav və katolik kilsələrindən teoloji olaraq ayrılmışdır.

Əsas teoloji fərqlər:

– İsa Məsihin təbiəti barədə fərqli anlayış (monofizitlik).

– Apostol ardıcıllığına dair yalnız milli kontekstdə legitimlik iddiası.

– Liturgiya və dini ayinlərdə digər məzhəblərlə uyğunluğun olmaması.

Bu fərqlər onu xristian dünyasının əsas cərəyanlarından ayırır və qapalı, millətçi bir dini quruma çevirir.

2. Dinin milliləşməsi: Xristianlıqdan millətçiliyə

Erməni Apostol kilsəsi dini universal dəyər kimi deyil, etnik-milli kimliyin əsas dayağı kimi təqdim edir. Əslində, bu kilsənin fəaliyyəti çox vaxt dini deyil, etnosentrik xarakter daşıyır. Beləliklə, xristianlığın qlobal və birləşdirici ruhundan uzaqlaşaraq onu sırf erməni milli ideologiyasının daşıyıcısına çevirir.

Nəticə olaraq:

– Erməni olmayanlara qarşı qapalı sistemdir;

– xristianlıqla bağlı sülh, tolerantlıq və bərabərlik prinsipləri bu kilsədə prioritet deyil;

– Qarabağ münaqişəsində açıq şəkildə separatizmi və silahlı mübarizəni təbliğ edir.

3. Kilsənin siyasi alətə çevrilməsi

Xristianlığın təməl prinsipləri siyasətdən uzaq durmaq, dövlətdən müstəqil olmaq və dini dəyərləri qorumaq üzərində qurulub. Lakin Erməni Apostol kilsəsi bu prinsipləri pozaraq:

– Ermənistanın dövlət siyasətinə birbaşa təsir göstərir;

– xarici ölkələrdəki diaspor strukturlarına dini rəhbərlikdən çox siyasi yön verir;

– Qarabağda və digər regionlarda separatçı silahlı dəstələrə mənəvi dəstək verib, bəzi hallarda onları “müqəddəs döyüşçü” kimi təqdim edib.

Bu hal isə onun dini qurumdan çox, ideoloji-siyasi təbliğat vasitəsi kimi çıxış etməsinə səbəb olur.

4. Dini etika və xristianlıqdan uzaqlaşma

Xristian etikası bağışlama, sevgi və barış üzərində qurulmuşdur. Lakin erməni kilsəsinin ritorikası çox zaman nifrət, düşmənçilik və revanşizmlə yüklənir. Bunun nümunəsi:

– Qüdsdə separatçı bayraqların dini ayinlərdə nümayişi;

– digər din və xalqlara qarşı dözümsüzlük ritorikası;

– münaqişəli regionlarda sülhə deyil, qarşıdurmaya çağırışlar.

Erməni Apostol kilsəsi formal olaraq xristianlıq çərçivəsində təqdim olunsa da, onun teoloji təməlləri, funksional rolu və praktiki fəaliyyəti bu dinin əsas prinsipləri ilə ziddiyyət təşkil edir. Bu qurum daha çox milli və siyasi ideologiyanın daşıyıcısı, dini dəyərlərin isə aləti rolunu oynayır.

Beləliklə, hazırda Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətlərin gələcəyi ilə bağlı danışıqların getdiyi bir vaxtda son hadisələr kilsə ilə bağlı rəsmi İrəvan qarşısında tələbin qaldırılması ilə nəticələnə bilər. Erməni kilsəsi daim öz fəaliyyətində türkü özünə düşmən görüb, cəmiyyətini zəhərləməklə məşğuldur. 44 günlük müharibə isə regionda yeni reallığın əsasını qoyub. Bu reallıqda bu cür kilsəyə yer yoxdur. Deməli, erməni keşişlər ya xaçlarını götürüb öz lokasiyalarını dəyişməlidirlər, ya da kilsənin ideoloji baxış bucağını, proqramını yenisi ilə əvəzləməlidirlər. Ermənistan dövləti konstitusiyasını, erməni kilsəsi siyasi baxışlarını və fəaliyyət planını, erməni diasporu davranışını dəyişməlidir. Onlar Qafqaza 200 il əvvəl gəldiklərini unutmasınlar.

Zaur MƏMMƏDOV,
Bakı Politoloqlar Klubunun rəhbəri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Aprel 2025 07:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri