Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

QATIĞIN RƏNGİ Eldəniz Quliyev yazır

QATIĞIN RƏNGİ Eldəniz Quliyev yazır

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İşə gedirdim... Hansısa bankın qarşısında yaşlı bir kişi:

- Vallah, billah, həzrət Abbas haqqı qatıq ağdı!-deyə, yanıqlı-yanıqlı qışqırırdı...

Yanındakı dostu onu sakitləşdirməyə cəhd göstərirdi:

- Yavaş...sən Allah, qışqırma!.. Başıva dönüm, səni də tutub aparallar...

Fikir götürdü məni... "Görən, doğrudanmı qatıq ağdır?.."

***

Hakimiyyətimiz heş şübhəsiz ki, şanlıdır, şöhrətli, üstəlik, lap belə şərəflidir; amma nəndən onların məqsədi insanları müqəddəs nə varsa, ondan iyrəndirməkdən ibarətdi?

Əslində, mat qalmalı işdi...necə oldu və nə baş verdi ki, az bir müddət ərzində bizləri bu qədər diskindirdilər, iyrəndirdilər?..

Diqqət yetirin: ANA, əlbəttə ki, ən sevimli və ən ülvi varlıqdır. ANA saydığımız anlayışlar içərisində ən müqəddəsi isə VƏTƏNDİR, yəni - ANA VƏTƏN!

Əfsus, təəssüf və səd heyif ki, bu gün ana vətəni elə hala salıblar ki, sayı-hesabı bilinməyən insanlar - cavanından tutmuş qocasına kimi - hamı "anasını" tərk etməyə, baş götürüb qərib-qərib ölkələrə qaçmağa məcburdur... Adamlar ölkədən ilan ağzından qurtulan qurbağa kimi qaçırlar.

Nöyütü fontan vuran, qazı dünyaya fısıltı-mışıltı salan cah-cəlallı bir səltənətin vətəndaşları nəyə görə öz doğma vətənindən pərən-pərən düşməlidir axı?..

Bunu istəyənlər, ya buna bais olanlar kimlərdi və nədən belə edirlər?..

Məmləkət əhlini təngə gətirmək, səbr kasasını daşırmaq, nəhayət hamını və hər kəsi "optovoy" şəkildə hər şeydən iyrəndirmək... Məncə, bu, ölkəni "çayda balıq yan gedər..." prinsipiylə idarə edən "bərkgedənlər" fəsiləsinə aid olanların xəstə strategiyasıdır.

Xalqı hər şeydən yormaq, bezdirmək, iyrəndirmək bacarığı, həqiqətən fenomenal, lap Ginnesin kitabına düşməli "kreativ" bir zaddı.

Zaman-zaman, özü də göz görə-görə xalqın özgüvənlik duyğusunu korroziyaya uğratdılar, bizləri bir-birimizlə didişməyə sövq etdilər... İnsanları olan-qalan bir cüt, iki tək ziyalısından, mütərəqqi düşüncə sahiblərindən çəkindirdilər, dişimiz, dırnağımız, qanımızla qazandığımız  Dövlətçiliyimizdən rəncidə saldılar. Demokratik dəyişikliklərə bəslənən ümüdləri çiliklədilər, keçirilən bütün seçkiləri total və həyasız şəkildə saxtalaşdırıb xalqın mübarizə ruhunu param-parça elədilər. İnformasiya axınına, xaltası əllərində olan sosial platformalara, televiziya verilişlərinə yalan və qərəz qatıb, bizləri adət-ənənələrimizdən, mental dəyərlərdən, xeyir-şərimizdən, milli əxlaqımızdan, keçmişimizdən çiyrəndirdilər. Əsil mollaları, axundları, hacıları, İslam alimlərini, üləmaları gülüş hədəfinə çevirib, bizləri dindən, imandan, inancdan, ümiddən uzaqlaşdırmaq üçün tərbiyəsiz cəhdlər göstərdilər...

Bir sözlə, ərk etməli, inanmalı, bel bağlamalı, sevməli, əlindən-ətəyindən tutub birgə yol getməli, müqəddəs, ya qeyri-müqəddəs, kim və nə vardısa, bizləri onlardan kənarda saxlamağa çalışdılar. Və bütün bunlarla, biçarə xalqı pozitivləri neqativlərə çevirmək prosesinin aktiv  iştirakçılarına çevirmək məqsədi güddülər.

Bacardılarmı? Əlbəttə, qismən də olsa istədiklərinə nail oldular...

Amma, deyirəm, nə yaxşı ki, Allah-təala insan övladını YARADICI xəlq edib. İnsan özünü dərk edəndən ölənə qədər nələrsə qurur-quraşdırır, yaradır. Yol çəkir, su çəkir, ev tikir, ağac əkir, toxum səpir, dünyaya övlad gətirir, elmi kəşflər edir, səmimiyyət, xeyirxahlıq, humanizm axtarışında olur...

Amma, təəssüflər ki, bəni-insan övladının xislətində həm də DAĞIDICILIQ var. Müharibələr, təbiətə vandal münasibət, kin-küdurət, ədavət toxumu səpmək şakəri, komformist istək, nəfs, əndazəsiz "eqo" və "dediyim dedikdi"  hikkəsi... Bu qüsurlu maraq və mənfəətlər naminə min bir hoqqadan çıxmaq, hakimiyyət, şan-şöhrət, var-dövlər uğrunda cinayətlər törətmək, günahsız insanların qanını axıtmaq, sadizm, yaltaqlıq, riyakarlıq və sairə.

Təbii ki, bu kontekstdə bizi maraqlandıran birincilər olmalıdır - YARADICI insanlar. Anlamalıyıq ki, bu insanları, qətiyyən ikincilərin güdazına vermək olmaz; nəyin bahasına olursa-olsun, onlar pis insanların  merkantil və pis niyyətlərindən qorunmalıdır. Əks-təqdirdə, YARADICI insan öz elədiyinə şübhəylə yanaşmağa başlar, - bezər, təngə gələr, iyrənər...

Nəticədə, ləyaqətlə, vicdanla, dürüst və şərəflə yaşayan adamın həyatı yalnız statistikadan ibarət olar, yəni...TALEYƏ çevrilməz!..

Taleyə çevrilməyən insan ömrü isə, əlbəttə ki, faciədir...

Hazırda bu sətirləri yazıram...amma səhər bankın qabağında: "-Vallah, billah, qatıq ağdır!" deyə fəryad eləyən həmin o yaşlı adam yadımdan çıxmır...kövrəlirəm...

Görən, o, niyə belə deyirdi axı?..

Yəni, görən, doğrudanmı qatıq qaradır?..

Eldəniz QULİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Fevral 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see591

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see530

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see399

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see311

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see273

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see267

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see264

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see261

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see252

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see244

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see236

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see221

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see212

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see209

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see207

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see202

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see198

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see193

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see192

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri