Icma.az
close
up
RU
Qattuzonun “bürünc” qazandırdığı, futbolumuza tanış adları olan “Hayduk”

Qattuzonun “bürünc” qazandırdığı, futbolumuza tanış adları olan “Hayduk”

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

“Zirə” Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiyanın “Hayduk” komandası ilə qarşılaşacaq.

Split təmsilçisi Xorvaitya çempionatında mövsümü 63 xalla ikinci sırada bitirib. Komanda çempion “Riyeka”dan cəmi 2 xal geridə qalıb. 36 turda 17 qələbə qazanan, 12 dəfə heç-heçə edən “Hayduk” cəmi 7 dəfə xalsız qalıb.

Ötən mövsümü komandaya italiyalı məşhur mütəxəssis Cennaro Qattuzo çalışdırır. Bürünc medalları qazanan məşqçi daha sonra klubla vidalaşıb, bir neçə gün öncə isə İtaliyanın əsas milli komandasına baş məşqçi təyin edilib. “Hayduk”a qədər ciddi nəticəsi olmayan Qattuzonu İtaliyaya aparan yol da məhz Xorvatiyadan keçdi. İtaliyalının ayrılığından sonra bu post ispan Qonsalo Qarsiyaya tapşırılıb. Buna qədər yerli “İstra”nı çalışdıran 41 yaşlı mütəxəssis futbolçu karyerasına “Real”da başlamasına baxmayaraq, burda möhkəmlənə bilməyib. Daha sonra Niderlandda “Herakles”, “Heerenven”, “Venlo”, “Qroningen”, Kiprdə “Anortosis”, İsraildə “Makkabi” kimi klublarda top qovan futbolçunun son ünvanı isə ölkəsində “Kompostela” olub. 2017-ci ildən karyerasını bitirən Qarsiya məhz bu ildən məşqçiliyə başlayıb. Danimarka “Esberq”ində köməkçi məşqçi olan Qonsalo baş məşqçi kimi isə “Tvente”, “Aruka” və “İstra”da çalışıb.

“Hayduk”un heyətində dünyaca məşhur İvan Rakitiç çıxış edir. Vaxtilə “Sevilya”, “Barselona” kimi klublarda top qovan yarımmüdafiəçinin müqaviləsi ayın sonuna kimidir və onunla bağlı qərar verilməyib. Rakitiçin mövsümün sonunda karyerasını bitirdiyini xəbərləri yayılsa da, daha sonra 37 yaşlı futbolçu bunu təkzib edib.

Komandada Azərbaycan futboluna tanış olan daha bir sima var. Vaxtilə “Neftçi”də çıxış etmiş Dario Melnyak da 2021-ci ildən “Hayduk”un şərəfini qoruyur. Azərbaycan klubunda çıxış edən zaman dəyəri 400 min avro olan Melnyakın hazırda qiyməti 2,70 milyon avrodur. Ümumiyyətlə “Hayduk”un “transfermarkt”da dəyəri 43,60 milyon avrodur. “Zirə”də isə bu rəqəm 13,60 milyon avro göstərilib.

“Hayduk”un təhlükəli silahlarından biri də hücumçu Marko Livahadır. Daha əvvəl “Luqano”, “İnter”, “Atalanta”, “Rubin”, “Empoli”, “Las Palmas” kimi klublarda çıxış edən forvard 2021-ci ildən Split təmsilçisinin formasını geyinir. O, başa çatan mövsümdə 40 oyunda 21 qol vurub, 10 məhsuldar ötürmə edib və komandasının bürünc medal qazanmasında böyük pay sahiblərindən olub.

Maraqlıdır ki, ötən mövsüm “Zirə” Konfrans Liqasının III təsnifat mərhələsində Xorvatiyanın “Osiyek” komandasını mübarizədən kənarlaşdırıb. İlk oyunda 1:1, cavab görüşündə 2:2 hesablı heç-heçəyə sevinən “qartallar” sonda penaltilər seriyasında qalib gələn tərəf olmuşdu. “Hayduk” “Osiyek”dən daha təcrübəli, keyfiyyətli komandadır. Komandanın Xorvatiyadaa son illərin çempionları “Dinamo” və “Riyeka” ilə başa-baş mübarizə aparması, fərdi oyunlarda onlara qarşı üstünlüyü splitlilərin heç də zəif olmadığını göstərir. “Zirə”nin işi çətin olacaq. Lakin hər şey meydanda həll edilir və “qartallar” iki oyunluq mərhələni keçmək iqtidarındadır.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 19 İyun 2025 08:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see138

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri