Icma.az
close
up
RU
Yeni tikiləcək peşə məktəblərində əmək bazarının tələbatına uyğun ixtisaslar tədris ediləcək ekspert

Yeni tikiləcək peşə məktəblərində əmək bazarının tələbatına uyğun ixtisaslar tədris ediləcək ekspert

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 8 dekabr, AZƏRTAC

Azərbaycan Prezidentinin “Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, 2026-2030-cu illərdə müasir standartlara cavab verən 21 peşə təhsili müəssisəsinin tikintisi və 2 peşə təhsili müəssisəsinin əsaslı təmiri işlərinin aparılması təmin ediləcək. Bu, nəinki peşə təhsili, ümumən Azərbaycan təhsili adına çox uğurlu bir addımdır. Son illərdə peşə təhsilinin yüksək səviyyədə inkişafı, kəmiyyət və keyfiyyət müstəviləri üzrə irəliləməsi, əmək bazarının tələb və təklif prinsiplərinə daha çevik və praktiki cavab verməsi onun önəmini daha da artırıb.

Bu barədə AZƏRTAC-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Elmin Nuri söyləyib.

“Peşə təhsilinə baxış kökündən dəyişib. Bu il peşə təhsili müəssisələrinə qəbul üç mərhələ üzrə aparıldı. Şəxsi təcrübəmdən deyə bilərəm ki, hətta üçüncü mərhələdən sonra da peşə təhsili müəssisələrinə qəbul üçün soruşanlar, cidd-cəhdlə buna səy göstərənlər az deyildi. Prezidentin yeni Sərəncamı peşə təhsilinə olan marağı artırmaqla yanaşı, bir çox yeniyetmə və gənclərimizə, hətta orta yaşlı təbəqəyə belə peşə sahibi olmaq imkanı yaradacaq. Bir statistik müqayisəyə diqqət edək: 2022-2025-ci illərdə ölkədə 3 peşə təhsil müəssisəsi tikilib. Yeni Sərəncama əsasən isə 2026-2030-cu illərdə tikiləcək peşə təhsil müəssisələrinin sayı isə 21 olacaq. Deməli, peşə təhsilindən danışarkən tez-tez vurğulanan məsələlərdən biri - müəssisələrlə bağlı çatışmazlıq və tələbə sıxlığı xeyli aradan qalxmış olacaq”, - deyə müsahibimiz əlavə edib.

Son 4-5 ildə peşə təhsili istiqamətində müstəsna işlər görüldüyünü qeyd edən ekspert deyib: “39 peşə təhsil müəssisəsi əsaslı təmir edilib. 2022-2025-ci illərdə 32 emalatxana tikilib, bəziləri yenidən təmir edilib. Ən nəhayət, peşə təhsilinin dünya standartları çərçivəsində əsas siması sayılan DUAL peşə təhsil növü yaradılıb və ildən-ildə inkişaf edib. Dual təhsil həm nəzəri, həm də praktiki fəaliyyəti özündən əks etdirən istiqamətdir. Dual təhsilin inkişafı həm də peşə təhsilinin beynəlmiləlləşməsi istiqamətində atılan addımdır”. Onun sözlərinə görə, Sərəncam həm də peşə təhsilinin beynəlmiləlləşməsi yolunda uğurlu olacaq.

“Qarşıdakı 4 ildə biz peşə təhsilinin rəqəmsallaşması və süni intellektlə inteqrasiyasını, əmək bazarının tələblərinə daha çevik cavab verməsini, iş yerində öyrənmə modellərinin daha effektiv şəkildə tətbiq bacarığının artdığını görə biləcəyik. Məsələn, hazırda peşə təhsili müəssisələrində 9 istiqamət üzrə 150 ixtisasa qəbul aparılır. Sərəncama əsasən, yeni tikiləcək müəssisələrdə böyük ehtimalla ən müasir və əmək bazarının tələbatına uyğun ixtisaslar tədris olunacaq. Bu yenilik modern ixtisaslarla bağlı tədrisin tətbiqinə də imkan yaradacaq”, - deyə E.Nuri fikrini yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri