Icma.az
close
up
RU
Qaydalar dəyişir: İki düşmən hədəfə alındı, üç ölkə birləşdi Nə baş verir?

Qaydalar dəyişir: İki düşmən hədəfə alındı, üç ölkə birləşdi Nə baş verir?

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Böyük Britaniya parlamentinin bir qrup deputatı İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanınmasını tələb edib. Bildirilib ki, SEPAH radikal “Mehdiçilik” doktrinasına inanır və bu ideologiyanın məqsədi “qiyamət döyüşü” vasitəsilə yəhudiləri, xristianları, İsraili və Qərb ölkələrini məhv etməkdir. Paralel olaraq, ölkənin baş naziri Kir Starmerin Fələstin açıqlaması diqqət çəkib. Yəhudi sevgisi ilə tanınan lider Fələstin dövlətini tanıya biləcəyini elan edib.

Xatırladaq ki, Starmerin həyat yoldaşı yəhudidir və o, vəzifəyə gəldikdən sonra yəhudiliyə sadiqliyini açıqlamış, musəvi dininin ayinlərinə böyük hörmət etdiyini bildirmişdi. Həmin zaman baş nazirin İsraili dəstəkləməsi ölkədə narazılıq doğurmuşdu.

Qeyd edilən addımlar beynəlxalq münasibətlərdə nələri dəyişə bilər? Britaniyanın qərarları regionda hansı nəticələrə yol açacaq?

Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki, Böyük Britaniyanın son addımları beynəlxalq münasibətlərdə bir sıra strateji dəyişikliklərin və ciddi siqnalların göstəricisidir:

“ABŞ hələ 2019-cu ildən SEPAH-ı xarici terror təşkilatı kimi tanımışdı. Britaniya bu addımı atmaqla Vaşinqton və Təl-Əvivin İran siyasətinə daha açıq və koordinasiyalı şəkildə dəstək verdiyini nümayiş etdirmək istəyir. Həmçinin bu qərar İranın regiondakı fəaliyyətinə qarşı narahatlığın artdığını göstərir. SEPAH hazırda Yaxın Şərqdə, xüsusilə Suriya, Livan, İraq və Yəməndə daha fəal mövqe tutur. Britaniya bunu öz təhlükəsizliyi üçün potensial risk kimi qiymətləndirə bilər”.

Həmçinin oxuyun:

Üç ölkədən Putinə qarşı plan – Tramp Kremli belə “tələyə saldı”

Anar İsayev

Anar İsayevin fikrincə, SEPAH-la bağlı addım İranın daxili və xarici siyasətində ciddi reaksiyalara səbəb olacaq:

“Böyük Britaniya SEPAH-ı rəsmi şəkildə terror təşkilatı kimi tanısa, İran öz xarici siyasətində müəyyən korrektələrə getməyə məcbur qalacaq. Bu qərar Tehranda ciddi siyasi və ictimai reaksiyalara yol aça bilər. Britaniya Tehran məsələsində artıq ABŞ və İsraillə eyni cərgədə yer almağa başlayıb. Fələstinə gəlincə, Böyük Britaniya və İsrail arasında siyasi, hərbi və digər sahələrdə əlaqələr hər zaman yüksək səviyyədə olub. 1917-ci ildə Balfur Bəyannaməsi ilə İsrail dövlətinin yaranmasında Britaniyanın mühüm rolu olmuşdu. Fələstini dövlət kimi tanımaq niyyəti, əslində, İsrailə verilmiş ciddi siyasi siqnaldır. Əgər müharibə və mülki itkilər davam edərsə, Qərb dövlətləri daha açıq şəkildə Fələstini dəstəkləyə bilər”.

Politoloq əlavə edib ki, ABŞ-dan fərqli olaraq, Fələstin-İsrail münaqişəsində Avropa İttifaqı (Aİ) ölkələrinin və Britaniyanın mövqeyi zaman-zaman fərqli olub:

“Qəzza bölgəsində vəziyyət humanitar fəlakət səviyyəsinə çatıb, insanlar aclıqdan həyatını itirir. Britaniya bu addımı həm daxili ictimai qınağı nəzərə alaraq, həm də islam dünyasında nüfuz qazanmaq və iqtisadi maraqlarını gücləndirmək məqsədilə atır. Yəni bu bəyanat təkcə humanitar deyil, eyni zamanda strateji xarakter daşıyır”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 İyul 2025 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri