Qaydaları hələ də öyrənməyən qadın sürücü baş yola çıxaraq təhlükə yaratdı VİDEO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Paytaxtın Heydər Əliyev prospektində yol hərəkəti qaydasını pozan sürücü avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 26-da saat 14:31 radələrində qeydə alınıb. Videodan görünür ki, 10-BA-888 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü bütöv xəttin tələbini pozaraq ikinci dərəcəli yoldan baş yola manevr edib. Bu zaman o, görüntünü qeydə alan avtomobildəki sürücünün yolunu kəsib və qəza şəraiti yaradıb.Təhlükə ilə üzləşən sürücü siqnal verərək xəbərdarlıq etsə də, o əhəmiyyət vermədən hərəkətinə davam edib.
İzləyicinin sözlərinə görə, avtomobili idarə edən qadın olub.
Qeyd edək ki, sürücünün hərəkət etdiyi yolda yalnız düz istiqamətdə hərəkət etməyə icazə verən yol nişanı mövcuddur.
Belə halların qarşısını almaq üçün yol hərəkəti qaydalarına əməl etmək vacibdir. Bütöv xəttin və yol nişanlarının tələblərinə riayət etməmək həm sürücünün, həm də digər yol iştirakçılarının təhlükəsizliyini risk altına qoyur.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 26 Dekabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















