“Azərbaycan yaxın dövrlərdə daha geniş arealda möhkəmlənəcək” ŞƏRH
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Azərbaycanın regionda bir güc mərkəzinə çevrilməsi məsələsi, təbii ki, İkinci Qarabağ müharibəsindən sonrakı mərhələdə daha aydın görünməyə başladı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, bundan əvvəl də Azərbaycanın formalaşdırdığı mövqe beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməyə başlamışdı:
“Xüsusilə də iqtisadi və siyasi sahələrdə Azərbaycanın dünyaya əməkdaşlıq təklif etməsinin şahidi olduq və Qafqaz bölgəsində iki ağla gələndə birinci Azərbaycanın adı çəkilir. Bu isə o deməkdir ki, Azərbaycan tarixən bu ərazidə məskunlaşmış və dövlət olaraq öz fəaliyyətini davam etdirmişdir. Və bu, eyni zamanda onu göstərir ki, Azərbaycan bu gün regionun köklü dövlətlərindən biridir. Son 30 ildə yürüdülən siyasət – istər iqtisadi, istər siyasi, istərsə də hərbi sahədə – bir çox dövlətlər və güc mərkəzləri üçün Azərbaycanın regionun əsas gücünə çevrilməsinə gətirib çıxarıb.
Xüsusi olaraq qeyd edilməlidir ki, Azərbaycan bu gün Cənubi Qafqazda ümumi iqtisadi məhsulun təqribən 40%-dən çoxunu təmin edən dövlətdir. Eyni zamanda iqtisadi gücünə, hərbi potensialına, siyasi nüfuzuna və beynəlxalq əlaqələrdə oynadığı rola görə də lider mövqedədir. Bütün bunlar, əlbəttə ki, təsadüfi deyil – burada dövlətin strategiyası və xüsusilə Prezident İlham Əliyevin formalaşdırdığı və oturuşdurduğu siyasi xətt dayanır. Bu da onu göstərir ki, Azərbaycan yaxın dövrlərdə daha geniş arealda möhkəmlənəcək və inkişafını davam etdirəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 26 Dekabr 2025 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















