Icma.az
close
up
RU
Qayıq ustası: Keyfiyyətli qayıq düzəltmək üçün material düzgün seçilməlidir FOTO VİDEO AZƏRTAC

Qayıq ustası: Keyfiyyətli qayıq düzəltmək üçün material düzgün seçilməlidir FOTO VİDEO AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İmişli, 15 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

Tofiq Haqverdiyev 1978-ci ildən Ovçular Cəmiyyətinin üzvüdür. Balıqçılıq və ovçuluğu idman, həm də hobbi kimi görür. Hələ gənc olanda ova gedərkən qayıqlarda çətinliklə qarşılaşan zaman onların aradan qaldırılması üçün çarə axtarıb. Çox keçmədən özü qayıq düzəltməyi qərara alıb və elə o vaxtdan da ərsəyə gətirdiyi qayıqların səs-sorağı digər rayonlara yayılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmişlidə balıqçılıq və ovçuluqla məşğul olan şəxslərin yaxşı tanıdığı Tofiq usta, həm də rəssam və rəngsazdır. Əl qabiliyyəti qayıq düzəltməsi üçün ona kömək olub. Hazırladığı qayıqlar ölkə ərazisində ovçu və balıqçıların üz tutduğu göllərdə və çaylarda istifadə olunur. Deyir ki, qayığın qiyməti ilə yanaşı, həm də təhlükəsiz olması əsas şərtdir.

“Keyfiyyətli qayıq düzəltmək üçün material düzgün seçilməlidir. Alıcılarım əsasən Sarısu gölündə ov etdiklərinə görə, qayıqları qamışa uyğun olaraq yaşıl, açıq yaşıl və sarı rənglərdə hazırlayıram”, - deyən usta bildirir ki, ov üçün qayıqlar daha iri ölçüdə olur. İki nəfərlik qayığın minimum uzunluğu 4 metr, eni 1 metr olmalıdır. Bu, qayığın suya oturması və ləngər verməməsi üçün seçilən ölçüdür. Balıqçılıq üçün istifadə edilən qayıqlar isə həm iri, həm də kiçik ölçüdə olur.

Ovçu Seymur Hətəmov isə deyir ki, bu qayıqlar istifadə üçün rahatdır. İstifadə olunan yüngül materiallar qayığın çəkisini də azaldır ki, bu da onların daşınmasını asanlaşdırır. Digər tərəfdən qayıq lövhə taxtalardan ibarət olduğu üçün su sızma ehtimalı da sıfıra bərabərdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2024 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see391

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see141

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see139

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see138

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see134

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see130

Milli Musiqimizin Memarı” adlı konsert keçirildi FOTOLAR

23 Sentyabr 2025 16:08see129

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see129

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see127

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see127

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see126

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see126

Haaland Premyer Liqada yeni nailiyyətə imza atdı

22 Sentyabr 2025 15:38see125

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see124

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” VİDEO

24 Sentyabr 2025 00:42see119

Pensiya alanların nəzərinə!

22 Sentyabr 2025 15:00see119

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

23 Sentyabr 2025 21:01see119

Arda Güləri nə gözləyir? Real Madrid qərarını verdi

24 Sentyabr 2025 03:41see118

Upamekanonun “Real” arzusu

22 Sentyabr 2025 20:21see118

Beynəlxalq Bankın keçmiş rəhbəri Elmar Məmmədov dindirildi

23 Sentyabr 2025 04:15see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri