Icma.az
close
up
RU
Qaz balonu quraşdırılan avtomobillər təhlükəlidirmi? QANUNDA BELƏDİR

Qaz balonu quraşdırılan avtomobillər təhlükəlidirmi? QANUNDA BELƏDİR

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Son vaxtlar bir çox sürücü avtomobillərinə qaz balonu quraşdırmağa üstünlük verir. Bu addım əsasən yanacağa qənaət etmək və avtomobilin istismar xərclərini azaltmaq məqsədi daşıyır. Lakin bəzən bu proses təhlükəsizlik qaydalarına əməl olunmadan həyata keçirilir. Qeyri-peşəkar montaj, köhnə və sertifikatsız avadanlıqlar avtomobildə qaz sızmasına, partlayış və yanğın təhlükəsinə səbəb ola bilər.

Avtosfer.az xəbər verir ki, bəzi sürücülər sistemi quraşdırdıqdan sonra avtomobillərini rəsmi qeydiyyatdan keçirmir, bu isə qanun pozuntusu sayılır. Mütəxəssislər bildirirlər ki, qaz balonu yalnız sertifikatlaşdırılmış ustalar tərəfindən və texniki normalara uyğun şəkildə quraşdırılmalıdır.

Bəs avtomobilə qaz balonu necə quraşdırılmalıdır, qanun nə deyir, sürücülər nəyi bilməlidir. Belə balonun təhlükəsi nədən ibarətdir?

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlamsında bildirib ki, qaz balonu quraşdırılan avtomobillər yüksək təhlükə mənbəyi hesab olunur:


“Digər nəqliyyat vasitələri ilə müqayisədə onlar daha təhlükəlidir. Belə avtomobillərlə davranış xüsusi şərtlər altında olmalıdır. Təəssüf ki, dünyada bu tip maşınlara qarşı münasibət və qanunvericilik dəyişdiyi halda, Azərbaycanda hələ bu istiqamətdə ciddi addımlar atılmayıb.

Bəs bu ciddi addımlar nədən ibarət olmalıdır? Əvvəla, qaz balonu quraşdırılmış avtomobillərin ümumi parklanma yerlərinə buraxılmaması təmin edilməlidir. Dünyanın bir çox ölkəsində artıq elektrik avtomobilləri üçün ayrıca parklanma yerləri yaradılır, qazla işləyən avtomobillərin isə yeraltı dayanacaqlara daxil olmasına icazə verilmir. Hətta bəzi dövlətlərdə bu qayda qanunvericiliklə təsbit olunub.

Bizdə isə hələlik belə bir məhdudiyyət yoxdur. Belə avtomobillər istədikləri yerdə park edirlər. Yeraltı dayanacaqlarda bəzən nəzarətçilər olur, xüsusilə ticarət mərkəzlərində və “mall”larda, amma bu, yalnız şəxsi təşəbbüslərlə həyata keçirilir. Qapıda duran nəzarətçi bəzi hallarda avtomobili yoxlayır və qaz balonu varsa, içəri buraxmır. Halbuki bu məsələ qanunla tənzimlənməlidir ki, qaz balonu olan avtomobillər ümumi dayanacaqlarda yerləşməsin və ya yalnız yerüstü, digər avtomobillərdən kənarda parklansın. Çünki partlayış baş verdiyi halda, bu avtomobillərin reaksiyası daha güclü olur və ətrafdakılara ciddi ziyan vura bilər”.

Ekspert əlavə olaraq qeyd edib ki, qaz balonu quraşdırmaq istəyən vətəndaş ilk növbədə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə və ya regional şöbələrə müraciət etməlidir:

“Texniki şöbə avtomobilin vəziyyətinə baxaraq, onun üçün qaz balonu quraşdırılmasının mümkün olub-olmadığı barədə rəy verməlidir. Bundan sonra vətəndaş rəsmi icazə alaraq bu işi görmək üçün servislərə müraciət etməlidir.


Lakin burada da problem var. Hansı servis bu iş üçün etibarlıdır, hansı texniki tələblərə cavab verir, bunu müəyyən etmək çətindir. Təəssüf ki, bəzi hallarda adi qaraj və ya sex şəraitində, heç bir sertifikata malik olmayan şəxslər qaz balonu quraşdırır. Buna nəzarət mexanizmi demək olar ki, yoxdur.

Üstəlik, ucuz başa gəldiyi üçün sürücülər əsasən Çin istehsalı olan qaz balonlarına üstünlük verirlər. Halbuki bu qurğular həm texniki baxımdan keyfiyyətsiz olur, həm də təhlükəsizlik baxımından risk yaradır. Qaz sistemi yalnız etibarlı və tanınmış şirkətlərdə quraşdırılmalıdır. Hazırda Azərbaycanda Türkiyə və İtaliya istehsalı olan sistemlər daha peşəkar və təhlükəsiz hesab olunur.

Qiymət bir qədər baha olsa da keyfiyyət və təhlükəsizlik baxımından fərq böyükdür. Təəssüf ki, bəzi insanlar maddiyyəti önə çəkərək, ucuz qiymətə xidmət göstərən, qeyri-peşəkar ustalara müraciət edirlər. Nəticədə 500-700 manat qənaət etdiyini düşünən şəxs, bir müddət sonra avtomobilinin sıradan çıxması və ya partlayış riski ilə üzləşir. Belə hallarda həm maddi, həm də mənəvi zərər qaçılmaz olur.


Ona görə də həm sürücülər, həm də bu sahədə fəaliyyət göstərən ustalar məsuliyyətli davranmalıdır. Qanunvericilik və nəzarət mexanizmləri də gücləndirilməlidir ki, qaz balonu ilə bağlı bütün proseslər təhlükəsizlik standartlarına uyğun həyata keçirilsin”.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 24 Oktyabr 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri