Qaz hasilatının artırılıb ixrac edilməsi valyuta ehtiyatlarının artmasına da təsir göstərəcək
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
"Fiskal dayanıqlılıq baxımından bir sıra ölkələr, həmçinin dövlət büdcəsinin əsasını neft gəlirləri təşkil edən ölkələr, daxili iqtisadiyyatı qorumaq məqsədilə investor gəlirlərinə ehtiyac duyurlar. Xarici və yerli investorların bu sahəyə yatırımı həm “yaşıl enerji”nin inkişafı, həm də yeni iş yerlərinin açılması baxımından iqtisadi əhəmiyyət kəsb edir".
Bunu Redaktor.az-a iqtisadçı Günay Hüseynova Prezident İlham Əliyevin yerli və xarici investorları ölkəyə sərmayə qoymağa çağırmasından danışarkən qeyd etdi.
"Külək elektrik stansiyalarının fəaliyyəti ölkə daxilində enerji ilə təmin etmək baxımından əhəmiyyətlidir. Həmçinin qaz hasilatının artırılıb ixrac edilməsi valyuta ehtiyatlarının artmasına da təsir göstərəcək. Bu da onu deməyə əsas verir ki, milli valyutanın dayanıqlığı qorunacaq və pulun dəyər itirməsinin qarşısı alınacaq. Məlumdur ki, qlobal iqtisadiyyatda geosiyasi balansın pozulması, yeni risklərin qarşısının alınması ilə əlaqədar iqtisadi tədbirlər, inflyasiyanın sürətlənməsi halları mövcuddur. Belə bir iqtisadi mühit ölkələrin daxili iqtisadiyyatına müəyyən qədər təsir göstərə bilir. Ona görə də xarici investorların ölkəyə cəlb edilməsi gərəklidir", - deyə o, fikrini yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 12 Yanvar 2026 18:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















