Qaz sızması baş verdi Müəllim və şagirdlər zəhərləndilər
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Rusiyanın Omsk vilayətinin Tara şəhərində boru kəməri işləri zamanı qaz sızması nəticəsində məktəblilər zəhərləniblər.
Moderator.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə bölgənin qubernatoru Vitali Xotsenko açıqlama verib.
Məlumata görə, qaz sızması zamanı yaxınlıqda ekskursiyada olan məktəblilər zərər görüblər.
Regional prokurorluq qazdan ümumilikdə 15 nəfərin zəhərləndiyini bəyan edib. Bunlardan 14-ü şagird, biri müəllimdir.
Yeddi nəfər yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib, digərlərinə ambulator yardım göstərilib.
Baxış sayı:111
Bu xəbər 06 May 2026 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















