Icma.az
close
up
RU
Qaz və işığın qiyməti artacaq? AÇIQLAMA

Qaz və işığın qiyməti artacaq? AÇIQLAMA

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hazırda ölkəmizdə təbii qaz üzrə əhalinin illik istehlakının 1200 kubmetrədək olan hissəsinin qiyməti 12 qəpikdən hesablanır. 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün isə müvafiq olaraq 20 və 25 qəpik müəyyən edilib.

Habelə ölkədə əhali istehlakçı qrupu üzrə elektrik enerjisinin pərakəndə satış tarifi aylıq istehlak həcminin 200 kVts-a qədər (200 kVts daxil) olan hissəsi üçün bir kilovat-saata görə 8 qəpik, aylıq istehlak həcminin 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün bir kilovat-saata görə 9 qəpik, aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün bir kilovat-saata görə 13 qəpik müəyyən edilib.

Bəs bu limitlər ləğv oluna bilərmi? Və ya limitlər və məbləğ artırıla bilərmi?

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi - OMM"ə açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, ola bilsin ki, hansısa şərtlər fonunda qiymət artımlarına gedilsin. Xüsusilə də son dövrlərdə dayanıqlılığın tətbiqi müəyyən xərclər formalaşdırır və bu, eyni zamanda kommunal xidmətlərin təşkili sahəsində özünü göstərir, yəni dünya təcrübəsinin tətbiqi ehtimalları istiqamətindən çıxış etməklə tariflər artırıla bilər və izahatı da o şəkildədədir ki, tariflərin artması qazın, elektrik enerjisinin və yaxud da suyun qiymətinin artması, onun istehlakının azalması və dolayısının ətraf mühitə zərərlərin azalması səmərəli istifadə meylləri formalaşdırır.

"O ki qaldı mövcud vəziyyətə və təsirlərinə, mövcud vəziyyət əlbəttə ki, daha çox differensiallaşdırılmalıdır əhalinin müxtəlif sosial qruplarına münasibət daha differensial tarifləndirməyə gedilməsi yolu ilə az zərər, həssas sosial qrupların bu istiqamətdə xərclərin optimallaşdırılması daha adekvat yanaşma olardı. Nümunə üçün qeyd edim, həm elektrik enerjisinə, həm qaza limitlər tətbiq olunur, amma hansı ailələrdəki, həm elektrik enerjisi, həm qaz təchizatı vardır onlar hər iki limitdən istifadə edərək qismən kommunal xərclərini optimal səviyyədə saxlaya bilir. Amma hansı ərazilərdəki qazlaşma getməyibdir, hansı ailə təsərrüfatlarına qaz verilmir o ailə təsərrüfatları məcburi elektrik enerjisinin bütün məqsədlər üçün istifadə edir və bu da limitin kəskin şəkildə artmasına gətirib çıxarır.

Əgər qaz təchizatı yoxdursa, bu zaman həmin ailə təsərrüfatı üçün elektrik enerjisinin limitinin daha yüksək müəyyən edilməsi arzuolunandır və tövsiyə oluna bilər. Eyni zamanda, bu, iqtisadiyyatda multiplativ effekt formalaşdırmağa, iqtisadi artıma töhfəni artıra bilər". /yenisabah.az/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 Dekabr 2024 00:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri