Icma.az
close
up
RU
“Qazanılan hər bir xal 6 xala bərabərdir” Azər Məmmədov

“Qazanılan hər bir xal 6 xala bərabərdir” Azər Məmmədov

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Misli Premyer Liqasının VII turu çərçivəsində keçirilən “Araz-Naxçıvan” — “Kəpəz” matçından (0:2) sonra gəncəlilərin baş məşqçisi Azər Məmmədov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis ilk növbədə qarşılaşma haqqında fikirlərini bölüşdü:

– Hər kəsi salamlayıram. Bizi uzaq yolda yalnız qoymayan, stadiona gələrək dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Həmişəki kimi komandanın yanında oldular. Əlbəttə, futbolçularıma da minnətdaram. Çox vacib və əhəmiyyətli bir qələbə qazandıq. Heyətdə bəzi itkilərimiz var idi, lakin şans verdiyimiz oyunçular etimadı tam doğrultdular. Etiraf edim ki, çətin oyun olacağını bilirdik. “Araz-Naxçıvan”da baş məşqçi dəyişikliyi baş vermişdi. Bu amil adətən komandalara müsbət təkan verir. Üstəlik, yeni çalışdırıcının oyun fəlsəfəsini təhlil etmək üçün əlimizdə kifayət qədər material yox idi. Bütün bunlara baxmayaraq, futbolçularım tapşırıqları meydanda dəqiqliklə icra etdilər. Başda klub rəhbərliyi olmaqla, hər kəsin böyük zəhməti var, rəhbərliyin dəstəyini hər an hiss edirik. Matç çox dinamik keçməsə də, əsas olan nəticə idi və biz istədiyimizi götürdük.

– Heyətdə fərdi keyfiyyətləri ilə seçilən futbolçular var. Onların komanda oyunundakı payını necə dəyərləndirirsiniz?

– Faiz nisbəti ilə danışmaq istəməzdim. Bəli, müəyyən futbolçuların fərdi bacarıqları və üstünlükləri ola bilər. Lakin uğur qazanmaq istəyiriksə, komanda birliyi öndə gəlməlidir. Mənim üçün heyətdəki hər bir oyunçu, istər Rojerio Santos, istər Viktor Stina, istərsə də Namik Ələskərov və Urfan Abbasov, eyni dərəcədə dəyərlidir. Biz adlara deyil, kollektiv ruhuna söykənən komanda formalaşdırmağa çalışırıq. Kimsə fərdi keyfiyyətlərinə görə fərqlənə bilər, amma əsas olan vahid komanda kimi mübarizə aparmaqdır.

– Namik Ələsgərov və Rəhman Hacıyev uzun müddətdir yaxşı formadadırlar. Gələcək matçlarda onları eyni vaxtda və oxşar rollarda meydanda görə bilərik?

– Düşünürəm ki, bəli, bu mümkündür. Hal-hazırda əsas məqsədimiz optimal heyəti tam sabitləşdirməkdir. Bəzi oyunçular müəyyən matçlarda yüksək performans göstərir, bəzən isə enişlər olur. İnanıram ki, Namik də, Rəhman da, Azuma Abubakar da birlikdə oynayacaqlar. Komandada şanssız qalan futbolçu olmayacaq, hər birinə vaxtı gəldikdə imkan yaradacağıq.

– Bu qələbə ilə xallarınızı 10-a çatdıraraq “Zirə” ilə eyni göstəriciyə yüksəldiniz. Gələn həftə doğma meydanda həmin rəqiblə qarşılaşacaqsınız. Bu matçı “6 xallıq oyun” adlandırmaq olar?

– Ümumiyyətlə, bizim üçün Premyer Liqada qazanılan hər bir xal 6 xala bərabərdir. Müəyyən büdcəmiz və həmin maliyyə imkanlarına uyğun gücümüz var, komandanı da buna müvafiq formalaşdırmışıq. Ona görə də hər bir uğurlu nəticə bizim üçün həyati əhəmiyyət daşıyır. “Zirə” ilə matça gəlincə, evdə bizi çox ağır və gərgin qarşılaşma gözləyir. Faktiki olaraq, bu oyun bitən andan etibarən artıq “Zirə” ilə matçın hazırlıqlarına başlamışıq. Ümid edirəm ki, Gəncə azarkeşlərinə yaxşı oyun nümayiş etdirərək növbəti xalları qazanacağıq.

Ayxan Zayıdzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 09 Oktyabr 2026 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see570

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see231

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see216

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see208

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see206

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see196

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see196

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see189

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see189

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see183

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see183

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see179

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see176

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see174

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see173

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see172

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see170

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see170

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see168

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri