Qazax məktəbliləri intellektual yarışda biliklərini sınayıblar
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Qazax, 25 may, AZƏRTAC
Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin dəstəyi ilə 2026-cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində şəhər məktəblərinin şagirdləri arasında intellektual yarış keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən intellektual yarışda iştirakçılara yarışın qaydaları haqqında məlumat verilib və intellektual yarışın keçirilmə məqsədindən danışılıb. Bildirilib ki, gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, onların milli-mənəvi dəyərlərimiz, tariximiz haqqında biliklərinin artırılması istiqamətində təşkil olunan bu cür tədbirlər gənclərimiz tərəfindən maraqla qarşılanır, onların biliklərinin dərinləşməsinə xidmət edir.
Şəhər məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət komandaların iştirak etdiyi yarışda milli-mənəvi dəyərlərimiz, Azərbaycan tarixi, mədəniyyəti, Zəfər salnaməsi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti, memarlıq nümunələrimiz haqqında mövzular üzrə suallar səsləndirilib.
Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin komandası I yerə layiq görülüb.
Müxbir – Ruslan Novruzoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 25 May 2026 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















