Qazaxda sinif otağının tavanı ÇÖKÜB: Müəllim və şagirdlər təhlükəsiz yerə köçürülüblər
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Fevralın 17-də Qazax şəhər Səməd Vurğun adına iki nömrəli tam orta ümumtəhsil məktəbinin birinci sinfində otağın tavanı çöküb.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan müəllimi"nə Qazax-Tovuz Regional Təhsil İdarəsindən açıqlama verilib.
Bildirilib ki, şagirdlər və müəllim təxliyə planına uyğun olaraq təhlükəsiz yerə köçürülüblər. Hadisə zamanı xəsarət alan olmayıb.
Hadisə ilə bağlı Qazax rayonu üzrə təhsil sektorunun təsərrüfat qrupunun əməkdaşları hadisə yerinə cəlb edilib. Tavanın hansı səbəbdən çökdüyü araşdırılır.
Təhsil müəssisəsində təlim-tədris prosesi davam edir.

Qazaxda sinif otağının tavanı çökdü: Açıqlama FOTO
17 Fevral 2025 13:49
Kolleclərdə müəllim hazırlığı sistemi çöküb AÇIQLAMA
10 İyul 2025 14:47
Dəcəllik edib müəllim önündə oturan “şagirdlər”...
19 Avqust 2025 22:33
Məktəbdə təcrübə zamanı müəllim və şagirdlər yaralandı
06 Dekabr 2024 22:48

