Icma.az
close
up
RU
Qazaxda Ümummilli Liderə həsr olunan “Azərbaycan tarixinin qürur səhifələrinə çevrilən ömür yolu” adlı tədbir keçirilib AZƏRTAC

Qazaxda Ümummilli Liderə həsr olunan “Azərbaycan tarixinin qürur səhifələrinə çevrilən ömür yolu” adlı tədbir keçirilib AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qazax, 12 dekabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyev XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində ölkəmizin tarixində mühüm rol oynamış dahi dövlət xadimi kimi illər keçsə də hər zaman hörmət və ehtiramla anılacaq. Ulu Öndərin həm sovetlər dönəmində, həm də müstəqillik dövründə Azərbaycanın inkişafı və milli kimliyin formalaşması üçün göstərdiyi müstəsna xidmətlər qədirbilən xalqımız tərəfindən heç zaman unudulmayacaq.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş silsilə tədbirlər keçirilir.

Qazax Rayon İcra Hakimiyyəti, Qazax Rayon Heydər Əliyev Mərkəzi və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar “Azərbaycan tarixinin qürur səhifələrinə çevrilən ömür yolu” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə “Dahilər ölməz, əbədi yaşar!” başlıqlı kitab sərgisinə baxış keçiriblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən “Dahi şəxsiyyət” filmi nümayiş olunub.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri açaraq bildirib ki, Heydər Əliyev Azərbaycanın ən yeni tarixinin yaradıcısıdır. O, öz həyatı və yorulmaz fəaliyyəti ilə xalq, el-oba, Vətən üçün yaşamağın, çalışmağın, mübarizə aparmağın əvəzsiz nümunəsini göstərərək, nəsillərə örnək ola biləcək ömür yaşadı.

Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxışında müstəqil Azərbaycan dövlətinin qurucusu, həyatını xalqının və dövlətinin işıqlı gələcəyinə həsr edən Ulu Öndərin mənalı ömür yolundan, siyasi fəaliyyətindən geniş söz açıb.

Çıxış edənlər bildiriblər ki, xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və dərin hörmətlə anır.

Tədbirdə Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Təhminə İsmayılova Ramiz Duyğunun “Karvan gedir”, Qazax Rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin şagirdləri Banu Səmədli və Əli Səmədli “Ulu bir sərkərdə, ulu bir Öndər”, “Bu xalq Heydər, bu xalq İlham deyir” şeirlərini səsləndiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Dekabr 2024 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see233

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see230

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see223

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see218

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see191

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see184

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see182

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see178

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see173

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see164

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see162

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see159

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see158

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see155

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see152

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see151

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see149

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see149

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see147

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri