Qazaxıstan altı ay müddətinə buğda idxalına qismən qadağa qoyub
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Qazaxıstan kənd təsərrüfatı naziri Aydarbek Saparovun imzaladığı əmrə əsasən, ölkə altı ay müddətinə buğda idxalına qismən qadağa qoyub.
Sənəddə deyilir: “Buğdanın dəmir yolu ilə quşçuluq və taxıl emalı müəssisələrinə, lisenziyalı elevatorlara və “Qida Müqaviləsi Korporasiyası” Milli Şirkəti ASC-yə idxalı istisna olmaqla, Qazaxıstan Respublikası ərazisinə üçüncü ölkələrdən və Avrasiya İqtisadi Birliyi ölkələrindən avtomobil, su və dəmir yolu nəqliyyatı ilə buğda idxalına altı aylıq qadağa qoyulsun”.
Eyni zamanda, quşçuluq və taxıl emalı zavodlarına idxal edilən buğda daxili və ya xarici bazarlarda satıla bilməz.
Kənd təsərrüfatı nazirinin müavini Azat Sultanov daha əvvəl bildirib ki, respublika 2026-cı ilin iyul ayından etibarən buğda idxalına qismən qadağa qoymağı planlaşdırır: “Bu, Rusiyada qış məhsulu yığımı ilə bağlıdır. Eyni zamanda, böyük bir taxıl ehtiyatımız var. Buna görə də bu qərar daxili bazarı stimullaşdırmaq üçün verilib”.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 17 İyul 2026 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















