Qazaxıstan Aral hövzəsində neft qaz ehtiyatları olan 20 sahə müəyyən edib
Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qazaxıstanda geoloji tədqiqat işləri beynəlxalq standartlara uyğun olaraq yeni mərhələyə keçib. Ölkə ərazisinin tədqiqat miqyasının 2,2 milyon kvadrat kilometrədək genişləndirilməsi planlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanın Sənaye və Tikinti Nazirliyinin Geologiya Komitəsinin sədri Kanat Yerubayev məlumat verib.
O bildirib ki, 2025-ci ildə axtarış işləri üçün 29 potensial sahə müəyyənləşdirilib. Bu sahələrə qızıl, mis, qurğuşun, sink və digər faydalı qazıntılar daxildir.
“Aral hövzəsində də aparılan tədqiqatlar geoloji quruluşun dəqiqləşdirilməsi, yeni elementlər və ehtimal olunan neft-qaz ehtiyatlarının qiymətləndirilməsinə imkan verib. Neft-qaz ehtiyatları olan 20-dən çox sahə müəyyən edilib”, - Yerubayev əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 13 Fevral 2026 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















