Qazaxıstan “Drujba” ilə Almaniyaya neft tədarükünü bərpa edə bilər
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, bu barədə Qazaxıstanın Energetika Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, hazırda Qazaxıstan nefti Atyrau-Samara marşrutu və “Drujba” neft kəməri vasitəsilə Almaniyaya tədarük edilmir. Buna səbəb tranzit tərəfinin infrastrukturunda yaranmış texniki məhdudiyyətlərdir.
Qeyd olunub ki, mövcud infrastruktur məhdudiyyətləri aradan qaldırılacağı təqdirdə, bütün maraqlı tərəflər arasında müvafiq razılaşmaların əldə olunması ilə tədarük müəyyən edilmiş qaydada bərpa edilə bilər.
Qazaxıstan neftinin Almaniyaya tədarükü mayın 1-dən etibarən “Drujba” boru kəmərindən yan keçməklə həyata keçirilir. Bu, mövcud texniki imkanlarla əlaqələndirilir.
Qazaxıstan Energetika Nazirliyi may ayında neft tədarükünün Rusiyanın Ust-Luqa limanı, eləcə də Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə yönləndiriləcəyini açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 16 Avqust 2026 10:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















