Qazaxıstan Futbol Federasiyasından Azərbaycana dəstək paylaşımı FOTO İdman və Biz
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qazaxıstan Futbol Federasiyası Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı paylaşım edib.
İdman.biz xəbər verir ki, qurum Aktau şəhərində baş verən hadisədən böyük üzüntü yaşadığını bildirib.
Federasiyanın paylaşımında Azərbaycan xalqına dəstək nümayiş etdirilib: “Aktauda Azərbaycan Hava Yollarına məxsus təyyarə qəzası nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, həmçinin qardaş Azərbaycan xalqına dərin başsağlığı veririk".
Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 26 Dekabr 2024 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















