Icma.az
close
up
RU
Azərbaycan Badminton Federasiyasından Botsvanaya hədiyyə FOTO İdman və Biz

Azərbaycan Badminton Federasiyasından Botsvanaya hədiyyə FOTO İdman və Biz

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev Botsvanada yerli badminton qurumunun təşkilatçılığı ilə keçirilən tədbirdə fəxri qonaq qismində iştirak edib.

İdman.biz xəbər verir ki, tədbir dünyada bu idman növündə öncüllərdən olan Yaponiyanın bu ölkədə fəaliyyət göstərən səfirliyinin Botsvana Badminton Assosiasiyasına badminton avandanlığı hədiyyə etməsi çərçivəsində baş tutub.

Tədbirdə çıxış edən Ramil Hacıyev bildirib ki, ötən il Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovla Dünya Badminton Federasiyasının rəhbəri Poul-Erik Hoyer arasında 5 Afrika ölkəsində badmintonun inkişafına dəstək məqsədilə əməkdaşlıq memorandumu imzalanıb. Razılaşmaya əsasən, Azərbaycan Badminton Federasiyası Niger, Qambiya, Kamerun, Madaqaskar və Botsvanada idmanın bu növünün inkişafına töhfə verir.

Ramil Hacıyev sosial məsuliyyət çərçivəsində keçirilən bu cür xeyirxah aksiyaları gözəl təşəbbüs adlandıraraq, səbəbkarlara təşəkkür edib. Botsvananın İdman və İncəsənət naziri Yakob Kelebeng və Botsvana Badminton Federasiyasının prezidenti Modisaotsile Badubi ilə aparılan qarşılıqlı müzakirələrdə qarşıdakı illərdə də bu ölkədə badmintonun inkişafına yardım məqsədilə uşaq bamdintonçuların raketka, volan və digər idman avandanlıqları ilə təmin olunmasının zəruriliyi vurğulanıb. Buraya eyni zamanda birgə təlim-məşq toplanışlarının təşkili də daxildir.
Qeyd edək ki, bir aya yaxındır Kamerun milli komandasının 4 badmintonçusu yerli idmançılarımızla birgə Bakıda təlim-məşq toplanışındadır. Tədbir çərçivəsində Azərbaycan Badminton Federasiyasının xatirə hədiyyələri qonaqlara və idmançılara təqdim edilib.

Daha öncə Yaponiyanın ölkəmizdə fəaliyyət göstərən səfirliyi tərəfindən bu ölkənin Xarici İşlər Nazirliyinin “Sport for tomorrow” layihəsi çərçivəsində “Shuttle Time” proqramının iştirakçısı olan məktəblilərə raketkalar hədiyyə edilib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 23 Noyabr 2024 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tunis final mərhələsinə vəsiqə qazandı

08 Sentyabr 2025 22:14see176

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see165

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see153

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see142

Bakılı oğlanların aktyoru oğluna toy etdi VİDEO FOTO

08 Sentyabr 2025 19:49see142

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see141

Erlinq Holann zədələnib

08 Sentyabr 2025 19:42see137

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see135

“İT Yay Düşərgəsi 2025”in qalibləri mükafatlandırıldı FOTO

08 Sentyabr 2025 23:21see133

Avtobusu elə sürdü ki, işıqforu kökündən çıxardı Video

08 Sentyabr 2025 19:12see133

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see132

Abşeronda 41 yaşlı kişinin meyiti aşkarlanıb

08 Sentyabr 2025 19:02see130

Tanınmış həkim yol qəzası keçirdi

08 Sentyabr 2025 18:42see130

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see129

Dövlət Xidməti: Tovuzun Avdal kəndindəki məbədin tarixi abidələrin reyestrinə salınması üçün iş gedir FOTO VİDEO

08 Sentyabr 2025 16:58see129

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see128

Arina Sabalenka US Open 2025 dəki qələbəsini necə qeyd edib FOTO

09 Sentyabr 2025 04:13see128

Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər

09 Sentyabr 2025 03:03see128

Sinənizdə bu əlamətlər varsa, mütləq həkimə gedin Onkoloq xəbərdarlıq etdi

08 Sentyabr 2025 23:00see126

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri