Qazaxıstan futbolunda böyük maliyyə pozuntusu
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qazaxıstan Futbol Federasiyasında (KFF) maliyyə qaydalarının pozulması aşkarlanıb.
QOL.az xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Baş Prokurorluğu məlumat yayıb.
Qazaxıstan Futbol Federasiyası və bir neçə futbol klubu ilə bağlı prokurorluq yoxlaması nəticəsində 6 milyon dollar məbləğində ziyana səbəb olan vəsaitdən sui-istifadə halları aşkar edilib.
Əsas pozuntular işçilərə və idmançılara 600 min dollar məbləğində əsassız mükafatların təyini, Talqarda KFF obyektlərinin tikintisi zamanı tamamlanmamış işlərə görə ödənişlər, 2021-ci ildən Almatı vilayətində bazanın dondurulmuş tikintisi, əsassız sənədlərin hazırlanmasına 270 min dollar xərclənməsidir.
Ordabaşı, Aktobe və Jetısuda aparılan yoxlamalar zamanı şişirdilmiş müqavilə məbləğləri, oyunçu transferləri ilə bağlı saxtakarlıqlar, büdcə vəsaitlərinin oğurlanması aşkar edilib.
KFF-nin keçmiş rəhbərliyinə qarşı cinayət işi Maliyyə Monitorinqi Agentliyinə (AFM) verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 27 Mart 2025 18:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















