Qazaxıstan Prezidenti AZALın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar Dövlət Komissiyası yaradıb AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
Astana, 25 dekabr, AZƏRTAC
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktau yaxınlığında AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar Dövlət Komissiyasının yaradılması barədə sərəncam imzalayıb.
AZƏRTAC "Kazinform"a istinadən xəbər verir ki, komissiyaya Baş nazirin müavini Kanat Bozumbayev rəhbərlik edəcək.
Dövlət başçısı Astanadan Aktauya həkimlərin göndərilməsi və zərərçəkənlərə bütün zəruri dəstəyin göstərilməsi barədə göstəriş verib.
Qeyd edək ki, “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi bu gün səhər Aktau yaxınlığında qəza enişi edib.
Baş vermiş hadisəni yerində araşdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə yola düşüblər.
AZAL-dan verilən məlumata görə, təyyarənin göyərtəsində 62 sərnişin olub. İlkin məlumata əsasən, onlardan 37 nəfər Azərbaycan vətəndaşı, 16 nəfər Rusiya vətəndaşı, 6 nəfər Qazaxıstan vətəndaşı, 3 nəfər Qırğızıstan vətəndaşıdır. Sərnişinlərin siyahısı yaxın zamanda ictimaiyyətə açıqlanacaq.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 25 Dekabr 2024 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















