Qazaxıstan Prezidenti: Nüvə münaqişəsi riski böyük narahatlıq mənbəyidir
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Astana, 17 sentyabr, AZƏRTAC
Dünyanın müxtəlif guşələrində aparılan hibrid müharibələrdə aydın cəbhə xətti yoxdur, lakin onlar əhəmiyyətli insan tələfatına səbəb olur, çoxsaylı qaçqın axınına gətirib çıxarır və qlobal iqtisadiyyata böyük ziyan vurur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Dünya və Ənənəvi Dinlərin Liderlərinin VIII Qurultayının açılışında çıxışı zamanı deyib.
Qazaxıstan Prezidenti vurğulayıb: “Nüvə münaqişəsi riski böyük narahatlıq mənbəyidir; ekspertlər belə Armageddon ehtimalını son onilliklərin ən yüksək səviyyəsi kimi qiymətləndirir. Təəssüf ki, konstruktiv təşəbbüslər və eskalasiyanın azaldılması siyasəti əvəzinə qarşıdurma düşüncəsi güclənir, geosiyasi çatlar genişlənir və sosial gərginlik artır. Belə mürəkkəb reallıq şəraitində dialoqun inkişaf etdirilməsi qarşılıqlı yadlaşma tendensiyasının aradan qaldırılması və beynəlxalq arenada etimadın artırılması üçün əsas alətdir”.
Elşən Rüstəmov
AZƏRTAC-ın müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 17 Sentyabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















