Icma.az
close
up
RU
Qazaxıstan Prezidenti: TÜRKPA əməkdaşlığımızı dərinləşdirməyə imkan verən nüfuzlu beynəlxalq təşkilatdır

Qazaxıstan Prezidenti: TÜRKPA əməkdaşlığımızı dərinləşdirməyə imkan verən nüfuzlu beynəlxalq təşkilatdır

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Astana, 12 iyun, AZƏRTAC

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev TÜRKPA-ya üzv dövlətlərin parlament sədrləri ilə görüşüb.

AZƏRTAC Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, dövlət başçısı ölkəsinin Türk Dövlətləri Təşkilatının təsisçilərindən biri olduğuna diqqət çəkib.

Kasım-Jomart Tokayev əlavə edib: “Hesab edirik ki, bu strukturun ölkələrimizin iqtisadi, mədəni və humanitar inkişafına xüsusi təsiri var. Fikrimizcə, onun potensialından xalqlarımızın ümumi məqsədlərinə nail olmaq naminə istifadə edilməlidir. Ötən il Qazaxıstan Türk Dövlətləri Təşkilatına sədrlik edib. "TURKTIME” devizi altında bir sıra mühüm layihələr həyata keçirmişik. Bu çərçivədə 100-ə yaxın tədbir təşkil olunub ki, bu da türk inteqrasiyasının dərinləşməsinə təkan verib. Astanada V Ümumdünya Köçəri Oyunları keçirilib və bu tədbir dünyanı Böyük çöl sivilizasiyası ilə tanış edib. Türk əlifbasının vahid variantının təsdiq olunmasını tarixi addım adlandırmaq olar”.

Qazaxıstan dövlətinin başçısı xatırladıb ki, Türk Dövlətləri Təşkilatına daimi nümayəndələrin təyin edilməsi haqqında qərar qəbul edilib, iqtisadi-ticari, enerji, maliyyə və investisiya sahələrində əlaqələr genişləndirilib. “Türk İnvestisiya Fondu səmərəli fəaliyyət göstərir. Bütün bu mühüm addımlar türk inteqrasiyasını gücləndirəcək. Biz Türk Dövlətləri Təşkilatının Zirvə görüşlərinin nəticələrini yüksək qiymətləndiririk və əldə olunmuş razılaşmaların yüksək keyfiyyətlə həyata keçirilməsinə böyük diqqət yetiririk. Bu yaxınlarda dövlət başçılarının Macarıstanda keçirilən qeyri-rəsmi görüşü məhsuldar keçdi. Qazaxıstan bu müsbət tendensiyanın davam etdirilməsində hər zaman maraqlıdır. Bununla əlaqədar mən növbəti Zirvə görüşünün müqəddəs Türküstanda keçirilməsini təklif etmişəm”.

Kasım-Jomart Tokayev bəyan edib ki, o, Astanada TÜRKPA toplantısının “TURKTIME: parlament diplomatiyasının rolu” mövzusunda keçirilməsi təşəbbüsünü tam dəstəkləyir. Onun sözlərinə görə, müasir çağırışlar kontekstində qarşılıqlı fəaliyyətin gücləndirilməsi xüsusilə vacibdir.

Dövlət başçısı vurğulayıb: “Qazaxıstan qardaş ölkələr arasında parlamentlərarası əlaqələrə, xalq diplomatiyasına xüsusi əhəmiyyət verir. Qeyd etmək olar ki, Türk Dövlətləri Parlament Assambleyası mötəbər beynəlxalq təşkilatdır və əməkdaşlığımızı dərinləşdirməyə imkan verən unikal strukturdur. Təşkilat çərçivəsində birgə fəaliyyətiniz böyük əhəmiyyətə malikdir”.

Kasım-Jomart Tokayev çıxışının sonunda qeyd edib ki, bu görüş ümumi məqsədləri, Türk dünyası ölkələrinin birliyinin qorunub saxlanmasının və möhkəmləndirilməsinin vacibliyini bir daha əyani şəkildə nümayiş etdirir. O vurğulayıb: “Qazaxıstan türk dövlətlərinin parlament diplomatiyasını tam dəstəkləyir. Qarşılıqlı anlaşma şəraitində biz bu çətin dövrlərdən uğurla çıxacağıq və iqtisadiyyatlarımızın inkişafına böyük təkan verəcəyik”.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see280

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see278

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see272

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see237

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see224

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see138

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri