Icma.az
close
up
RU
Qazaxıstan Respublikasının prokurorluq əməkdaşları üçün təlim keçirilib

Qazaxıstan Respublikasının prokurorluq əməkdaşları üçün təlim keçirilib

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikası Baş Prokurorluğu ilə Qazaxıstan Respublikası Baş Prokurorluğu arasında institusional əməkdaşlığın gücləndirilməsi çərçivəsində, fundamental mövzusu “Ekstremizm və terrorizmə, o cümlədən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının hüquq-mühafizə və xüsusi dövlət orqanlarının müsbət təcrübəsi” olan və ən yaxşı təcrübələrin transferini hədəfləyən əhatəli təlim kursu təşkil edilib. 

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında baş tutan 5 günlük bu intensiv kurs, Qazaxıstanın prokurorluq əməkdaşlarının peşəkar səriştələrinin artırılmasına xidmət edib.

XQ xəbər verir ki, təlimdə Baş Prokurorluğun və Baş İdarənin əməliyyat işçiləri tərəfindən milli qanunvericilik, əməllərin tövsifi (hüquqi kvalifikasiyası) və ibtidai araşdırmaya prosessual rəhbərliyin effektiv mexanizmləri izah edilib, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının müəllimləri təhlükəsizlik paradiqmaları və anti-terror əməliyyatlarında analitik yanaşmalar barədə məlumat verib, Maliyyə Monitorinqi Xidmətinin nümayəndəsi beynəlxalq standartlara uyğun maliyyə kəşfiyyatı və transsərhəd əməkdaşlıq aspektlərini ətraflı şərh edib, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) əməkdaşı korrupsiyaya qarşı qabaqlayıcı tədbirlərin innovativ modeli kimi ASAN Xidmətin rəqəmsal transformasiya təcrübəsini bölüşüb.

Bu interaktiv platformada fikir və təcrübə mübadiləsi aparılıb, iştirakçıların praktikadakı problemlərlə bağlı spesifik sualları ətraflı cavablandırılıb.

Təlimdə iştirakçılara Azərbaycanın dövlətçilik ənənələrini və müasir inkişafını əks etdirən məkanlarla tanış olmaq imkanı verilib. Qonaqlar Baş Prokurorluğun Tarix Muzeyi ilə tanış olaraq qurumun təkamül prosesinə nəzər salıb, Heydər Əliyev Mərkəzinə  ziyarət zamanı Azərbaycanın görkəmli dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş stendlərlə tanış olub, onlara Mərkəzdə yerləşən muzey və eksponatlar barədə ətraflı məlumat verilib, institusional şəffaflığın və anti-korrupsiya strategiyasının əsas aləti kimi tanınan 7 saylı ASAN Xidmət mərkəzinə edilən səfər, bir pəncərə  modelinin effektivliyini və vətəndaş məmnuniyyəti indeksini praktikada müşahidə etməyə imkan yaradıb.

Bu tədbir hər iki ölkənin prokurorluq orqanları arasında strateji tərəfdaşlığın davamlılığını və regional təhlükəsizliyin təmin edilməsinə birgə töhfəsini nümayiş etdirən mühüm bir mərhələ olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Dekabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see224

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see181

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see175

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see145

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see140

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see137

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri