Icma.az
close
up
RU
Qazaxıstan sərhəd boyunca 59 polis postu yerləşdirdi − Səbəb

Qazaxıstan sərhəd boyunca 59 polis postu yerləşdirdi − Səbəb

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


Qazaxıstan Daxili İşlər Nazirliyi avtomobil sərhəd-keçid məntəqələrinin yaxınlığında 59 polis postu yerləşdirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nazirliyin saytında məlumat yerləşdirilib. 
Bildirilib ki, bu tədbirlər ölkədən qeyri-qanuni yanacağın ixracının qarşısını almalıdır.
İndi sərhədi keçən bütün avtomobillər əlavə benzin qablarının olub-olmaması üçün yoxlanılır.
Ümumilikdə, ilin əvvəlindən yerli polis tərəfindən qeyri-qanuni əlavə yanacaq çənləri ilə nəqliyyat vasitələrinin istismarı ilə bağlı 255 fakt müəyyən edilib. Qanunu pozanlar arasında 195 xarici vətəndaş da var. Onların hamısı inzibati məsuliyyətə cəlb edilib. Maşınlardan əlavə çənlər çıxarılıb.
Bir gün əvvəl Qazaxıstan hakimiyyəti təkcə son iki gündə əlavə çən və kanistrlərdə yanacaq ixrac etmək üçün 61 cəhdin qarşısını aldığını açıqlamışdı. Eyni zamanda, bir aydan çoxdur ki, ölkədə “sərhəd dövlətlərdən” nəqliyyat vasitələrinin ölkəyə girişinə məhdudiyyətlər qüvvədədir. Onlar gündə bir dəfədən çox olmayaraq sərhədi keçə bilərlər.
Polisin sərhəddə nəzarəti gücləndirməyə məcbur olmasının səbəbləri açıqlanmır. Qanunu pozanların daha çox hansı ölkələrdən olduğu da bildirilmir.
Xatırladaq ki, son aylar Ukraynanın pilotsuz təyyarələri Rusiya boyu iri neft emalı zavodlarına müntəzəm zərbələr endirir. Bu səbəbdən ölkədə yanacaq böhranı başlayıb. Rusiya hakimiyyəti digər ölkələrdən yanacaq tədarükü ilə bağlı danışıqlar aparmağa çalışsa da, bir çox regionlar benzin satışına məhdudiyyətlər qoyub. Bu da insanların yanacaqdoldurma məntəqələrində saatlarla növbələrdə dayanmasına səbəb olub.
Benzin qıtlığı həm də ona gətirib çıxarıb ki, sərhədyanı rayonların sakinləri “yanacaq turizmi” ilə məşğul olmağa başlayıblar. Onlar maşınlarına yanacaq doldurmaq üçün Qazaxıstana gedirlər.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 09 İyul 2026 23:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri