Icma.az
close
up
RU
Qazaxıstan və Qırğızıstan Belarusu tək buraxacaq ŞƏRH

Qazaxıstan və Qırğızıstan Belarusu tək buraxacaq ŞƏRH

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya-Ukrayna müharibəsi fonunda son zamanlar müəyyən yeni irəliləyişlər özünü göstərir. Ukrayna artıq rusiya ərazisində dron hücumları həyata keçirməkdədir. Bununla yanaşı, Ukrayna Rusiyaya dəstəyi ilə seçilən Belarusa qarşı da addımlar atır. Belə ki, Ukrayna lideri bir müddət əvvəl Belarus ərazisində Rusiyanın Ukraynaya qarşı pilotsuz uçuş aparatları ilə hücumlarını koordinasiya edən retranslyatorların fəaliyyəti dayandırılmasa, bir həftə sonra Ukrayna bu məsələni özü həll edəcək deyə xəbərdarlıq edib. Bundan başqa bir neçə gün öncə Belarus lideri Aleksandr Lukaşenko isə Zelenskini hədələdiyini söyləyib. Yəni, artıq Ukrayna ilə Belarus arasında da hərbi eskalasiyanın yaranması ehtimalı yüksəkdir. Elə bu yerdə Belarusun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğunu xatırlamaq yerinə düşər. Belə olan halda sual meydana çıxır ki, Belarus KTMT-dən yardım istədiyi halda Qazaxıstan və Qırğızıstanın reaksiyası necə olacaq?

Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki,  Mərkəzi Asiyanın bu iki dövləti KTMT üzvü olsalar da, Belarusun dəstək çağırışına seyrçi qalacaqlar:

"Ona görə ki, əvvəla, Belarus Rusiyanın Ukraynaya qarşı işğalçı planlarına şərikdirsə, bunun Qazaxıstana və Qırğızıstana aidiyyatı yoxdur. İkincisi, Qazaxıstan və Qırğızıstan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirlər. Doğrudur, 2022-ci ilin yanvar ayında Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev ölkədəki iğtişaşlarla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından kömək istəmişdi və dəstəyə görə təşkilata minnətdarlığını bildirmişdi. Ancaq Qazaxıstandakı iğtişaşların yatırılmasıyla Ukraynaya qarşı işğalçı müharibəyə dəstək arasında böyük fərq var. Digər tərəfdən Minskin çağırışına Qazaxıstan və Qırğızıstan müsbət reaksiya verməyəcəkləri halda bu KTMT-nin nüfuzuna növbəti zərbə olacaq. Öz növbəsində bu Ermənistanın KTMT üzvlüyündən çıxmasını asanlaşdırar".

 Politoloqun sözlərinə görə, Qazaxıstan Müdafiə Nazirliyinin iyunun 29-dan iyulun 2-dək qoşunların ən yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi üzrə planlı təlimlərin keçiriləcəyini açıqlaması təsadüfi deyil:

"Qazaxıstan Müdafiə Nazirliyinin yaydığı məlumatda “Müdafiə Nazirliyi vətəndaşları, sosial şəbəkə istifadəçilərini və media nümayəndələrini yalnız rəsmi mənbələrin yaydığı məlumatlara etibar etməyə çağırıb” cümləsi də diqqəti çəkib. Bu təlimlər Qazaxıstanın öz ordusunu işğalçı müharibə aparan dövlətin müttəfiqinin ərazisini qorumağa hədəflənməyib, əksinə Astanaya təzyiq etmək istəyənlərə mesajdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 İyun 2026 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri