Icma.az
close
up
RU
Qazaxıstan və Rusiya Uralın ekosisteminin qorunması üçün yeni proqram hazırlayır AZƏRTAC

Qazaxıstan və Rusiya Uralın ekosisteminin qorunması üçün yeni proqram hazırlayır AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Astana, 14 dekabr, AZƏRTAC

Transsərhəd Jayık (Ural) çayı hövzəsinin ekosisteminin mühafizəsi üzrə Qazaxıstan-Rusiya komissiyasının videokonfrans formatında dördüncü iclası keçirilib.

AZƏRTAC Qazaxıstan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir ki, iclasda tərəflər çay hövzəsi ekosisteminin mühafizəsi və bərpası üzrə 2021-2024-cü illər üçün mövcud ikitərəfli əməkdaşlıq proqramının icrasının nəticələrini müzakirə ediblər.

Qazaxıstan elmi tədqiqatlar (2025-ci ildə başa çatdırılması planlaşdırılır), kanalların və suvarma sistemlərinin yenidən qurulması, sahillərin möhkəmləndirilməsi və dibin dərinləşdirilməsi işləri də daxil olmaqla, aparılan işlər barədə hesabat təqdim edib.

Rusiya tərəfi 2023-cü ildə elmi-tədqiqat işlərinin, təmizləyici qurğuların tikintisi və modernləşdirilməsinin, çayların məcralarının və su hövzələrinin təmizlənməsinin başa çatacağı barədə məlumat verib. İcazəsiz tullantı yerlərinin aradan qaldırılmasına, su hövzələrinə balıq salınmasına və könüllülərin iştirakı ilə ekoloji tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilib.

İclas zamanı transsərhəd ərazilərdə çay hövzəsində suyun keyfiyyətinin monitorinqinin nəticələri nəzərdən keçirilib. Tərəflər subasar meşələrin mühafizəsi və bərpası, o cümlədən nərə balıqlarının populyasiyasının mühafizəsi üzrə tədbirlər haqqında məlumat mübadiləsi aparıblar.

İclasın yekunları üzrə iştirakçılar transsərhəd Jayık çayı hövzəsinin ekosisteminin qorunması üzrə yeni beşillik proqramın işlənib hazırlanması və təsdiq edilməsi barədə razılığa gəliblər.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Dekabr 2024 08:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri