Icma.az
close
up
RU
Qazaxıstan yükdaşıyıcıları Rusiyanın kütləvi məhdudiyyətləri ilə üzləşir

Qazaxıstan yükdaşıyıcıları Rusiyanın kütləvi məhdudiyyətləri ilə üzləşir

Icma.az bildirir, Azertag portalına istinadən.

Astana, 6 oktyabr, AZƏRTAC

Son vaxtlar qazaxıstanlı sürücülər və beynəlxalq daşımaları həyata keçirən şirkətlər Rusiya Federasiyasında qalma müddətləri ilə bağlı məhdudiyyətlərlə üzləşməyə başlayıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Məclisinin deputatı Bolatbek Najmetdinulı özünün “Facebook” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, yeni viza qaydaları vizasız gələn xarici vətəndaşların Rusiyada təqvim ilində 90 gündən çox qalmamasını nəzərdə tutur.

Deputat əlavə edib: “Bu tənzimləmə beynəlxalq avtomobil daşımalarının xüsusiyyətlərini nəzərə almır. Sürücülərimiz şəxsi səbəblərə görə deyil, əmək vəzifələrini yerinə yetirərkən başqa ölkədə olurlar. Bununla belə, yeni tələblər onları Rusiya qanunlarını pozan xarici vətəndaşlar mövqeyinə qoyur. Bu, avtomobil daşımaları ilə bağlı problemlərə yol açır”.

Bir çox sürücü artıq oxşar vəziyyətə düşüb. Rusiyada və Belarusda sərf olunan vaxt kumulyativ olduğundan, hətta Belarus vasitəsilə tranzit də Rusiyada qalma müddəti kimi sayılır.

Bundan başqa, İttifaq dövlətinin Avropa İttifaqı ilə sərhədlərində, eləcə də Rusiya-Qazaxıstan sərhədində yaranan çoxgünlük növbələr Qazaxıstan, Özbəkistan, Qırğızıstan və regionun digər ölkələrindən olan sürücülərin rəsmiləşdirmə üçün günlərlə gözləmək məcburiyyətində qalması deməkdir və bütün bu vaxt ümumi 90 günlük limitə daxildir”, - deyə o qeyd edib.

Deputat qeyd edib ki, vəziyyət belə davam edərsə, Qazaxıstan vaqon qıtlığı, qiymətlərin artması, qazax şirkətlərinin Belarus və Rusiya yükdaşıyıcıları tərəfindən yerdəyişməsi ilə üzləşəcək.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:35
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Oktyabr 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri