Qazaxıstana vizasız səfər edənlər üçün Yeni qayda
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Qazaxıstan hökuməti ölkəyə vizasız səfər edən xarici ölkə vətəndaşları üçün yeni giriş qaydalarını təsdiqləyib.
“Qafqazinfo” “Zakon.kz” nəşrinə istinadən xəbər verir ki, yeni qaydalara əsasən, 2027-ci il iyulun 1-dən etibarən ölkəyə daxil olmaq üçün xarici vətəndaşların məcburi elektron icazə alması tələb olunacaq.
İcazəni əvvəlcədən, yəni Qazaxıstan sərhədini keçməzdən azı 72 saat əvvəl almaq lazım gələcək. Ödənişsiz olacaq bu sənəd 180 gün müddətində etibarlı sayılacaq və bu dövr ərzində ölkəyə bir neçə dəfə səfər etməyə imkan verəcək.
Bununla yanaşı, icazənin tətbiqi mərhələli şəkildə həyata keçiriləcək. Belə ki, 2026-cı il noyabrın 1-dən sistem Aktau beynəlxalq hava limanında və Rusiya ilə sərhəddəki dörd avtomobil buraxılış məntəqəsində işə salınacaq. Astana və Almatı hava limanları 2027-ci il yanvarın 1-dən, ölkənin bütün digər buraxılış məntəqələri isə 2027-ci il martın 1-dən sistemə əlavə olunacaq.
İyulun 1-dək icazənin olmaması girişdən imtina üçün əsas olmayacaq, bu tarixdən sonra isə onun olması məcburi xarakter daşıyacaq.
Bundan başqa, bəzi kateqoriya vətəndaşlar icazə almaq zərurətindən azaddırlar. Belə ki, 16 yaşından kiçik və 65 yaşından yuxarı şəxslərdən, yük maşını və beynəlxalq avtobus sürücülərindən, mərhumların cənazələrini müşayiət edənlərdən, diplomatik və xidməti pasport sahiblərindən, hava, dəniz və çay gəmilərinin ekipaj üzvlərindən, həmçinin sığınacaq axtaranlardan icazə tələb olunmayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 14 Oktyabr 2026 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















