Qazaxıstanda 120 dən çox desantçı paraşütlə tullanış həyata keçirib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Astana, 6 iyul, AZƏRTAC
Qazaxıstan ordusunun Konayev qarnizonunun desant-hücum briqadasının hərbi qulluqçuları “Novoiliskoye-Cənub” meydanında paraşütlə tədris-təlim tullanışları yerinə yetiriblər.
AZƏRTAC Qazaxıstan Respublikası Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, desant tullanışı təlimində ümumilikdə 120-dən çox hərbi qulluqçu iştirak edib.
Diqqətçəkən məqam ondan ibarətdir ki, onların təxminən 100 nəfəri həqiqi xidmət keçən hərbi qulluqçudur. Desant tullanışı təlimi Mi-17 vertolyotundan 800 metr hündürlükdən həyata keçirilib. Enişdən dərhal sonra şəxsi heyət taktiki normaların yerinə yetirilməsinə başlayıb.
Döyüşçülər uçuşlardan əvvəl ixtisaslaşdırılmış tədris kompleksində hava-desant hazırlığının tam kursunu keçiblər. Müdafiə Nazirliyindən bildirilib ki, hava-desant hazırlığı Desant Qoşunlarının döyüş hazırlığının əsas elementlərindən biridir, həmçinin hərbi qulluqçuların psixoloji dayanıqlığını və istənilən çətin şəraitdə tapşırıqları yerinə yetirməyə hazırlığını formalaşdırır.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 06 İyul 2026 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















