Qazaxıstanda 21 yaşlı Nurayın qətlinə görə vəzifəli şəxslər işdən çıxarıldı
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qazaxıstanda 21 yaşlı tələbə Nuray Serikbayın qətli səs-küyə səbəb olub.
“Qafqazinfo” “Tengrinews”a istinadən xəbər verir ki, gənc qız yanvarın 11-i Şımkent şəhərində aldığı bıçaq xəsarətlərindən ölüb.
Hadisədən iki gün sonra qızın qətldə şübhəli bilinən tanışı saxlanılıb. Sözügedən şəxsin 2024-cü ilin oktyabrında Serikbayı evlilik məqsədilə qaçırdığı, lakin rədd cavabı aldığı bildirilir. Bu hadisədən sonra qohumları qızı evə gətirib və polisə müraciət ediblər. Polisə dəvət olunan həmin şəxs ona yaxınlaşmayacağına söz versə də, təqib etməyə davam edib.
Nurayın qohumlarının iddiasına görə, ailə polisə və prokurorluğa müraciət etsə də, səlahiyyətli orqanlar tərəfindən heç bir tədbir görülməyib.
Bu gün isə ölkənin Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayaraq qurumda səhlənkarlıq faktı üzrə cinayət işi başladıldığını açıqlayıb. Bildirilib ki, nəticədə Şımkent polis departamentinin rəisi, onun müavini, həmçinin daxili işlər orqanlarının bir sıra vəzifəli şəxsləri vəzifələrindən azad ediliblər.
Polis əməkdaşlarına qarşı tədbirin Prezident Kasım-Jomart Tokayevin gənc qızın qətlini nəzarətə götürməsindən sonra görüldüyü vurğulanıb.
Qeyd edək ki, Qazaxıstanda insanların sistemli şəkildə təqibinə görə təxminən 1485 ABŞ dolları (təxminən 2524 AZN) məbləğində cərimə, islah işləri və ya 50 günədək həbs, nikaha məcbur etməyə görə isə təxminən 14 800 ABŞ dolları (təxminən 25 100 AZN) məbləğində cərimə və ya iki ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 22 Yanvar 2026 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















