Qazaxıstanda ümummilli liderin anım tədbiri keçirildi FOTOLAR
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir
Azərbaycanın Qazaxıstandakı səfirliyində ümummilli lider Heydər Əliyevin anım tədbiri keçirilib.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, diaspor nümayəndələrinin də iştirak etdiyi tədbirdə ulu öndərin xatirəsi anılıb, foyedəki büstünün önünə gül dəstələri qoyulub.
Səfir Ağalar Atamoğlanov ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaranmasında göstərdiyi əvəzsiz xidmətlərindən danışıb. Səfir vurğulayıb ki, məhz Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmiz parçalanmaqdan xilas olub, erməni qəsbkarlarının hücumu dayandırılıb. Ulu öndər ölkənin iqtisadi potensialını artırmaq üçün böyük islahatlar həyata keçirib, bir sıra sahələrdə mühüm nailiyyətlər əldə edilib.
Tədbirdə böyük öndərin həyat və fəaliyyəti, zəngin dövlətçilik təcrübəsi, Azərbaycanın rifahı naminə gördüyü işlər, beynəlxalq aləmdə ölkəmizin mövqeyinin möhkəmlənməsi sahəsində fəaliyyəti haqqında geniş məlumat verilib.
Baxış sayı:71
Bu xəbər 12 Dekabr 2024 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















