Icma.az
close
up
RU
Yevlaxda Ümummilli Liderin anım günü ilə bağlı tədbir keçirildi Fotolar

Yevlaxda Ümummilli Liderin anım günü ilə bağlı tədbir keçirildi Fotolar

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən İqtisadiyyat Nazirliyinin Aran Regional Mərkəzinin akt zalında “Xalqının qəlbində əbədi yaşayan Dahi Şəxsiyyət” mövzusunda anım tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Yevlaxın icra başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, TİKA Bakı Proqram Koordinatoru Hayrettin Özçelik, Koordinatorun müavini Kürşat Özdemir, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri və qazilər, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak ediblər.

İcra başçısı çıxışında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edərək, Azərbaycan xalqının və dövlətçilik fəaliyyətində müstəsna xidmətləri olan bir şəxsiyyət olduğunu vurğulayıb. Ömrünü öz xalqına həsr edən Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışaraq bildirmişdir ki, vəfatından sonra xalqın yaddaşında qalmaq hər kəsə nəsib olmur. Xalq yalnız sevdiklərini yaddaşında əbədiləşdirir. Ulu Öndər Heydər Əliyev xalq qarşısında misilsiz xidmətlərinə görə hər zaman vətəni, milləti  üçün əziz olaraq qalacaq. Çünki dahi şəxsiyyət öz nəcib əməlləri ilə hələ sağlığında tarixə yazılmış böyük azərbaycanlıdır. Ulu Öndərin xatirəsi hər bir vətənpərvər azərbaycanlı üçün əziz və müqəddəsdir. Çünki Azərbaycanın müasir tarixi, milli dövlətçiliyimiz bu dahi şəxsiyyətin adı ilə sıx bağlıdır. Xalqımız həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş Ümummilli Liderini heç vaxt unutmur və unutmayacaq.

İcra Hakimiyyətinin başçısı eyni zamanda qeyd edib ki, Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan dövləti və azərbaycançılıq məfkurəsi bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.

Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop bildirib ki, Türkiyə lideri Mustafa Kamal Atatürk və Azərbaycan xalqının lideri Heydər Əliyevi bir çox xüsusiyyətlər birləşdirir. İki dahi şəxsiyyət ölkələrinin parçalanmasının qarşısını almaq və milli dövlət yaratmaq üçün böyük işlər görmüşlər. Ulu Öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” sözləri ümumi köklərimizi və qardaşlıq münasibətlərimizi gözəl ifadə edir. Baş konsul həmçinin Heydər Əliyevin xalqımız üçün yerinə yetirdiyi xilaskarlıq missiyasından, Azərbaycan-Türkiyə münasibətlərinin davamlı inkişafına verdiyi əvəzsiz töhfələrdən danışıb.

Anım tədbirində Ulu Öndərin həyatının müxtəlif dövrlərini əks etdirən film nümayiş etdirilib.

Tədbirin sonunda Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistləri - Xalq artistləri Sevinc İbrahimova, Rəfael Bayramov, əməkdar artist Kəmalə Tağızadə, əməkdar mədəniyyət işçisi Mehparə Cəfərovanın, müğənni Elmir Pişnamazzadə tərəfindən Ulu Öndər Heydər Əliyevə həsr olunan mahnıları səsləndirilib.















Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 Dekabr 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri