Icma.az
close
up
RU
Qazaxıstanda Vitse prezidentin vəzifələri müəyyənləşib

Qazaxıstanda Vitse prezidentin vəzifələri müəyyənləşib

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev respublikanın Vitse-prezidentinin yeni vəzifəsi çərçivəsində səlahiyyətləri haqqında fərman imzalayıb.

Fərmana əsasən, Vitse-prezident daxili və xarici siyasət, hakimiyyət orqanları ilə iş məsələləri ilə məşğul olacaq.

Qeyd edək ki, avqustun 31-də Tokayev Prezident Administrasiyasının rəhbərinin birinci müavini Erlan Karinı vitse-prezident vəzifəsinə təyin edib.

Fərmanda bildirilir ki, Qazaxıstan Respublikasının Vitse-prezidenti dövlətin daxili və xarici siyasəti sahəsində strateji xarakterli təşəbbüslərin hazırlanmasını təmin edir və həmin təşəbbüsləri Qazaxıstan Respublikasının Prezidentinə təqdim edir. Eyni zamanda Qazaxıstan Respublikası Prezidentinin tapşırığı ilə Qurultay, hökumət və digər dövlət orqanları, habelə siyasi partiyalar, ictimai birliklər və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrdə onu təmsil edir”.

Bundan əlavə, vitse-prezident dövlət başçısının tapşırığı ilə beynəlxalq tədbirlərdə iştirak edəcək. O, həmçinin ölkədə mütəmadi olaraq keçirilən Dünya və Ənənəvi Dinlər Liderlərinin Qurultayının Katibliyinə rəhbərlik edəcək. Daha əvvəl Katibliyə ləğv edilmiş iki palatalı parlamentin yuxarı palatası olan Senatın spikeri Maulen Aşimbayev rəhbərlik edib.

Vitse-prezident, həmçinin Strateji Araşdırmalar İnstitutunun fəaliyyətinə nəzarət edəcək və dövlət təltifləri üzrə komissiya da daxil olmaqla, altı komissiyanın, habelə Gənclər Siyasəti Şurasının fəaliyyətini təmin edəcək. Bundan başqa, sənəddə qeyd olunur ki, Vitse-prezident Prezidentin tapşırığı ilə "digər səlahiyyətləri” də həyata keçirə biləcək.

Vitse-prezident öz səlahiyyətləri çərçivəsində sərəncamlar, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırıqlar verə, parlamentin, hökumətin, respublikanın Xalq Şurasının iclaslarında iştirak edə, dövlət orqanlarından və vəzifəli şəxslərdən məlumat tələb edə, prezident aktlarının layihələrinin hazırlanması və onun qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi üçün idarələrarası işçi qrupları yarada biləcək.

Vitse-prezidentin fəaliyyətinin təşkilati-hüquqi, informasiya-analitik təminatını Prezident Administrasiyası həyata keçirəcək.

///apa.az///

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 05 Sentyabr 2026 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see339

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see310

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see299

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see290

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see271

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see264

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see260

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see258

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see235

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see229

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see227

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see222

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see212

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see205

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see203

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see198

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see195

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see189

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see186

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri